Page 118 - "Zəfər və ilğım"
P. 118
– Sergey Yeseninin “Puqaçov”u. Ancaq bu, seans yox,
tamaşadır. Yәni teatr tamaşası.

– Tamaşa olduğunu bilirәm. Tamaşanı başqaları hazırlayır,
onunku isә “Hipnoz seansı”dır. Onun ipini yığmaq lazımdır:
qoy Furtseva nәsә irimiqyaslı bir iş tapşırsın, mәsәlәn, han-
sısa yubiley tamaşası! Onun sinәsini ordenlәrlә bәzәmәk,
pul-para vermәk lazımdır… Sәnәtkarı әlә almaq, onu yön-
lәndirmәk, әlindәn tutub… ona rәhbәrlik etmәk. Bu barәdә
fikirlәşin. Yeseninin “Puqaçov”u isә pis fikir deyil. Yesenin
rus şairidir, nәğmәkardır, vaxtilә bizә başağrısı verәn Paster-
nakın tayı deyil. Gedin, işlәyin.

İyrәnc, qanlı xılt

Hәmin gün, demәk olar, bütün truppa yuxarı mәrtәbәdәki
bufetә toplaşmışdı. Aktyorlar – Qubenko, Vısotski, Nasonov,
Samoylov, Xmelnitski, A.Vasilyev dә buradaydı… S.Yeseninin
dramatik poeması әsasında hazırlanmış “Puqaçov” tamaşası-
118 nın maketini stolun üstünә qoymuşdular. Yazıçı Erdman vә
rәssam Y.Vasilyev stoldan bir az aralıda әylәşmişdilәr. Lübi-
mov gödәkcәsini çıxardı vә maketә işarә edәrәk sözә başladı:

– Demәli, belә, başlayaq. Toplantıda iştirak edәn Nikolay
Robertoviç Erdman “Puqaçov” tamaşasını hazırlamaq üçün
çoxdandır ki, mәni dilә tuturdu. Elәdirmi, Nikolay Rober-
toviç?

– Elәdir, – yüngülcә pәltәklәyәn Erdman cavab verdi, –
Vaxtilә Meyerxoldu da dilә tutmağa çalışırdım. Vsevolod
Emilyeviç, Yesenindәn xahiş etdi ki, әsәrә bәzi sәhnәlәr
әlavә etsin. Ancaq Yesenin razılaşmadı.

– Görürsünüz, indiyәcәn mәn dә qәrar verә bilmirdim.
Nikolay Robertoviçә hey deyirdim ki, poema xoşuma gәlir,
ancaq bilmirәm, ona necә quruluş verim. Meyerxold nә
üçün әlavә sәhnәlәrin yazılmasını istәyirmiş, Yesenin niyә
   113   114   115   116   117   118   119   120   121   122   123