Page 119 - "Zəfər və ilğım"
P. 119
ina edib – bunlar mәnә aydındır. Qәrәz, bilmirdim әsәri
necә sәhnәlәşdirim. Nәhayәt, beynimdә belә bir obraz
yarandı – sәhnәdә qırx beş dәrәcәli bucaq altında tamaşaçı
zalına tәrәf meyillәnәn müstәvi yaradılır, onun sonunda isә
edam kötüyü qoyulur. Başa düşdüm ki, bu tamaşanı oynamaq
olar. Mәn Puqaçovun tәrәfdarlarını zәncirlә bir-birinә
bağlayıb, әllәrinә balta verәcәyәm, belәcә, ayaqyalın, kәtan
şalvarda, belimizdә kәndir, bu unikal poemanı oynayacağıq.
Düzdür, qısa pyesdir, vur-tut bir pәrdәdәn ibarәtdir, amma
möhtәşәm әsәrdir.

Elә bu vaxt Sergey Yeseninin ifasında Xlopuşanın monolo-
qu sәslәndirildi:

Ölümsən, ya şəfa şikəstlər üçün
Sən, ey dəli-dolu çılğın müəmma?!
Aparın, aparın onun yanına –
Baxmaq istəyirəm mən bu adama.

Sәs yazısını dayandırdılar. Lübimov vәcdlә toplaşanları 119
süzdü.

– Şeirin gücünü hiss edirsiniz? Bu şeirdә azadlığın ra-
yihәsi var. Yeseninin bariton sәsinә, iti temperamentinә fi-
kir verdinizmi? Yesenin tәbiәtә, hәyata, ulduzlara, azadlığa
münasibәtini gizlәtmir… Bu poemanı sәhnәlәşdirәrkәn, işi-
mizi nisbәtәn yüngüllәşdirmәk üçün Sergey Yeseninin dostu
Nikolay Robertoviçdәn xahiş etdim ki, intermediyalar yazsın.
Vaxtı gәlәndә bizә oxuyacaq.

Aktyorlardan kimsә әlini qaldırdı. Bu, Samoylov idi,
hamı tәәccüblә onun üzünә zillәndi.

– Nәdir, Samoylov, nәsә aydın deyil?
– Bağışlayın, Yuri Petroviç, mәnә “nәsә” aydın deyil.
– Nәdir aydın olmayan, Samoylov?
– Bu tamaşanın mәramı nәdir? Tamaşa nә haqqındadır?
Lübimov әlini belinә qoyub, birdәn-birә çılğınlıqla poe-
madan parçalar oxumağa başladı:
   114   115   116   117   118   119   120   121   122   123   124