Page 122 - "Zəfər və ilğım"
P. 122
“Y.P.” әmәliyyatı

“Tәcili yardım” maşını hay-küylü Moskva küçәlәri ilә
irәlilәyirdi. Kumiri xәstәxanaya aparırdılar. Xәstәxanada
onu tәkәrli xәrәyә qoyub, әmәliyyat otağına apardılar.
Cәrrah öz işini tamamladıqdan sonra Kumiri palataya
köçürdülәr. Әlindә tor zәnbil vә kitablar olan Lüsya gәlib
çarpayısının yanında әylәşdi.

– Canın bәrkdir, Yurka. Elә bil heç әmәliyyat olunmamısan,
lap 37 yaşlı adam kimisәn.

– Aydındır, demәli, artıq Tanrının işinә yaramıram.
– O nә demәkdir, – Lüsya onun alnından öpdü.
– Rusiyada bәxti gәtirәn adamlar 37 yaşı adlamır.
– Qәbir hesablamaları aparma, sәnin başqa taleyin var.
Sәn zәhmәtdәn yoğurulmusan. Sәnin hәyatının mәnası
namәlum şeylәri üzә çıxarmaq, saysız-hesabsız qalibiyyәtlәr
әldә etmәkdir. Mәndәn kitablar xahiş etmişdin, buyur, bu,
122 Molyerin “Tartüf”ü – M.Donskoy tәrcümә elәyib, bu da
“Novıy mir” jurnalı – burada Mojayevin böyük bir hekayәsi
çap olunub. Әzizim, sәn otuz yeddi yaşı dalbadal üç dәfә
yaşayacaqsan.
– Teatra getmişdin? “Puqaçov”u hazırlayırlar?
– Balkondan mәşqlәri izlәdim. Qubenkoyla Vısotski
mәşqlәrә çıxmırlar, sәni gözlәyirlәr. Rejissor Qoldayev
çalışır-çabalayır, ancaq onu eşidәn yoxdur. Odur ki, kimin
kefi necә istәyir, elә dә oynayır: әllәrindәki baltanı yellәyә-
yellәyә lüt-üryan ora-bura qaçışırlar, adamı dәhşәt bürüyür.
Yalnız Samoylov pis tәsir bağışlamır. Bacarıqlı oğlana
oxşayır, onu teatra götürmәkdә yanılmamısan. Düzdür,
mübahisә etmәyi sevir. Qoldayev ondan çәkinir, nә desә
razılaşır. Truppa rәhbәri deyir ki, Yuri Petroviç tez qayıdıb
gәlsәydi, işimizi bilәrdik. Nәdir onun adı?
   117   118   119   120   121   122   123   124   125   126   127