Page 124 - "Zəfər və ilğım"
P. 124
Dupak vә quruluşçu qrupun bәzi üzvlәri dә onun yanındaydılar.
Komissiya üzvlәri irәlidә, yeddinci sırada әylәşmişdi. Yese-
ninin iki qoca bacısı da onların arasındaydı. Komissiya
üzvlәrinin sifәtindәn narazılıq yağırdı. Alisa Çernova, Lüsya
Jivotova vә Vladimir Nasonov zalın zәif işıqlandırıldığı
yerdә, balkonun altında oturmuşdular. Tamaşanı çox
bәyәnmişdilәr. Gözlәri sevincdәn alışıb-yanırdı. Xüsusәn
dә Burnov-Tornov rolunu aparan Viktor Samoylovun oyunu
xoşlarına gәlmişdi. O, çıxış elәyәndә qızlar yavaşcadan al-
qışlamağa başladı, ancaq Lübimovun tәrs-tәrs baxdığını
görüb, özlәrini yığışdırdılar. Tamaşa bitәndәn sonra komissiya
üzvlәri sәssizcә Lübimovun kabinetinә gәldilәr, burada kres-
lolara әylәşib, maraqla divarlara tamaşa etmәyә başladılar – di-
varları mәşhur insanların imzaları bәzәyirdi.
İricüssәli cәnab (yәqin, komissiyanın rәhbәri idi) üzünü
Yeseninin bacılarından birinә tutub, sakit sәslә dedi:
– Görürsünüzmü, Yekaterina Aleksandrovna, Yuri Petroviç
qardaşınızın istedadına etibar elәmir. Ona hansısa inter-
mediyalar da lazım olub. Nәdir, bununla indiki hakimiyyәtә
eyham vurur?
124 Yeseninin bacısı narazılıqla başını yellәdi: yәni, böyük
şairlә belә davranmaq olmazdı.
– Hörmәtli komissiya, – Lübimov sözә qarışdı, – artıq
müzakirә başlayıbsa, icazә verin, bir mәsәlәyә aydınlıq
gәtirim: söhbәt hansısa intermediyalardan getmir, onları
gözәl dramaturq, – o, üzünü bacılara tutdu, – yeri gәlmişkәn,
Sergey Aleksandroviçin dostu Nikolay Erdman yazıb.
– Yeseninin dostudursa, lap pis, – arıq-quru, yaşı bilinmәyәn
qadın әsәbi sәslә dedi, – Yesenin poeziyası bu cür bayağı
nağıllarla uyuşmur. Mәlaikә taxtda deyil, edam kötüyünün
üstündә oturub, dişlәrini ağardır. Ulyanova yaxşı aktrisadır,
amma bu kötüyün üstündә, bağışlayın mәni, heç dә abırlı tә-
sir bağışlamır. Axı bu, mәlaikәdir, onu bu kökә salmaq olmaz.
Komissiyanın mötәbәr üzvlәrindәn biri dәrhal onun
sәsinә sәs verdi: