Page 129 - "Zəfər və ilğım"
P. 129
– Tamaşanın oynanmağını istәyirsinizsә, intermediyaları
çıxarın, – qadın barmağını dodağına yapışdırıb, qapının ar-
xasında gözdәn itdi.
Kabinetdә yalnız Lübimovla Erdman qaldı. Kumir qapını
ötrdü, şkafdan bir şüşә araq çıxarıb, kiçik qәdәhlәrә süzdü.
Sakitcә içdilәr. Erdman Lübimovu şәfqәtlә qucaqlayıb, sakit
sәslә dedi:
– Yura, tamaşa alınıb, mәnim intermediyalarım olmasa
da olar.
“Uğursuzluq”dan dәrhal sonra
Tamaşanın uğursuz tәhvil aktından sonra Nasonovla 129
Alisa Çernova Viktor Samoylovu öz yanlarına dәvәt etdilәr.
Taksidә yola çıxdılar. VDNX-nın yanında pullarını bir yerә
qoyub, mağazadan araq, şampan şәrabı vә 10-15 dәnә kotlet
aldılar. Kommunal mәnzildәki düzbucaqlı otaqda dәyirmi
stoldan, açılıb-yığılan metal kreslolardan vә qırmızı ağacdan
düzәldilmiş köhnә, enli çarpayıdan savayı heç nә yox idi.
Alisa mәtbәxdәn yaxşıca qızardılmış kotletlәri gәtirdi.
– Telefonda söhbәtә çәkdilәr, kotletlәr bir az yandı, – o,
özünә haqq qazandırmağa çalışdı.
Samoylov çәngәli kotletә batırıb, ucadan bәyan etdi:
– Yemәk olar, başlayaq!
Stәkanlara araq süzәn Nasonov sağlıq demәyә hazırlaşırdı
ki, Samoylov onun sözünü kәsdi:
– Volodya, bir dәqiqә. Uşaqlar, gәlin әvvәlcә sizin
sağlığınıza, sizin bu gözәl yuvanızın şәrәfinә içәk. Yeni
mәnziliniz mübarәk, dostlar! Sәn demә, televiziyada kadrları
qiymәtlәndirmәyi bacarırmışlar.
– Әyalәt teatrında boş-bekar nә qәdәr oturmaq olar? Boş
vәdlәrdәn cana doymuşdum!
– Efirә haçan çıxacaqsan?
– Gәlәn ay. Hәlә alışmağa çalışıram, iki dәfә axşam
xәbәrlәrini oxumuşam.