Page 133 - "Zəfər və ilğım"
P. 133
– Hansı tamaşa? 133
– Taqankanın “Puqaçov” tamaşası.
– Belә de! Necәdir?
– Yığışıb premyeranı qeyd elәyirik.
Dәstәkdәn istehzalı gülüş sәsi eşidildi.
– Alisa, gop elәmә, lazım deyil! Bizimkilәr dә orada
olub. Sonacan gözlәyiblәr, Lübimovdan müsahibә almaq
istәyirmişlәr. Amma mәlum olub ki, tamaşanı qәbul elәmә-
yiblәr. Mәnә yalan danışmaq lazım deyil… Alisa, sәnә de-
mişdim axı, böyük planlarımız var, onları hәyata keçirmәk
üçün bir-birimizә etibar elәmәliyik. İşlәmәk istәmirsәnsә,
bu başdan de ki, istәmirәm…
– Efir nә vaxt başlayır?
– Maşın iyirmi dәqiqәyә çatar. Qara “Volqa”dır. Sürücü-
nün adı Stepan İvanoviçdir.
– Oldu, – qonşular eşitsin deyә Alisa ucadan danışmağa
başladı, – böyük mәtndir?
– Böyükdür, özü dә sәnә tanış mәtndir.
– Yaxşı, maşını göndәrin. İyirmi dәqiqәyә aşağı düşә-
cәm.
O, dәstәyi ehmalca yerinә qoyub, dәhlizlә irәlilәmәyә baş-
ladı. Birdәn-birә çevrilib, vanna otağına girdi. Hә, bu, toksi-
kozdur. Alisa kranı açdı, әllәrini çanağa dayadı vә donub-qaldı.
Qonşu qadın vanna otağına keçdi.
– Alisa, özünü pis hiss edirsәn?
Alisa әlini yellәdi, xırıltılı sәslә özünü tәmizә çıxarmağa
çalışdı:
– Tәmiz araq deyildi… Keçib gedәr, narahat olma, Kla-
va…
Otaqda Nasonıç üçlitrlik bankadan pomidor çıxardı, yenә
araq süzdü vә toqquşdurmaq üçün stәkanını Samoylova
uzatdı.
– Vova, hara tәlәsirsәn? Bir özünә bax, içmәkdәn gözlәrin
alacalanıb…
   128   129   130   131   132   133   134   135   136   137   138