Page 132 - "Zəfər və ilğım"
P. 132
– Elәdir, afәrin, Viktor, – Alisa onun sәsinә sәs verdi, –
xoşuma gәlirsәn, sәnin sağlığına!

– Yaxşı-yaxşı, necә istәyirsiz, amma özü burada olmasa
belә, gәlin Qubermanın da sağlığına içәk.

– Nә yapışmısız Qubermandan, – Alisa özündәn çıxdı, – te-
leviziyada Qubermanların sayı-hesabı yoxdur, adamın gözü
axır.

– Bәzilәri bura da zәng elәyir, – Nasonov eyhamla da-
nışdı. – Öyrәşmәk lazımdır, Volodya. Bu televiziyalar heç
kәsi saya salmır.

Qapının arxasından sәs gәldi.

132

“Tartüf” tamaşası, 1968-ci il. Damis – V.İvanov-Taqanski,
Elmira – A.Demidova

– Alisa, televiziyadan zәng elәyirlәr.
– Görürsüz? Nә demişdim!
Alisa yerindәn dik atılıb, dәhlizlә telefona sarı qaçdı.
– Eşidirәm!
– Alisa, kadrarxası mәtn oxumaq lazımdır. Kömәk elә!
Bağışla, qәfildәn çağırmalı olduq, yanırıq, xilas elә. Arxanca
maşın göndәrirәm, sәni “Ostankino”yacan gәtirәcәk.
– Bilirsiz, tamaşadan sonra toplaşmışıq…
   127   128   129   130   131   132   133   134   135   136   137