Page 130 - "Zəfər və ilğım"
P. 130
“Puqaçov” tamaşası, 1967-ci il. Tornov – V.İvanov-Taqan-
ski, Puqaçov – N.Qubenko, Karavaev – A.Kolokolnikov

– Mәrkәzi televiziyanın diktoru Alisa Çernovanın sağlığına,
sizin sağlığınıza, uşaqlar! Ura! – Samoylov az qala qışqıraraq
130 dedi.

Hamı içdi.
– Afәrin, Vitka, – Alisa kotletin yanmış hissәsini çәngәllә
ayırmağa çalışdı, – mәclisi әlә almağı bacarırsan. – O, Na-
sonıçın fikirli-fikirli boşqaba baxdığını görüb, әlavә etdi, –
Nә mısmırığını sallamısan? Xlopuşa rolunu bu gün oyna-
madın, ona görә? Nә fәrqi var, sabah oynayarsan. Özün dә
bilirsәn ki, Vısotski birinci tәrkibdә oynamalıdır. Bu, teatr
aksiomudur – әvvәlcә populyar aktyoru sәhnәyә çıxarırlar.
Ancaq bu, o demәk deyil ki, populyar olan hәm dә әn güclü
aktyordur.
– Razı deyilәm, – Samoylov sözә qarışdı, – Vısotski әla
oynayır, amma Nasonıç da ondan geri qalmır. Yadınızdadır,
keçәn hәftә sınaq tamaşasında Volodya necә gözәl oynadı?
   125   126   127   128   129   130   131   132   133   134   135