Page 135 - "Zəfər və ilğım"
P. 135
– Sakit ol, hәlә ki, o gәlib çıxmayıb, qoy içim, yarısını
içәcәyәm, – Volodya qәdәhi yarılayıb, stolun üstünü silmәyә
başladı.

Elә bu vaxt Alisa içәri girdi. Әrini süfrәni silәn görüb,
iyrәnә-iyrәnә soruşdu:

– Qusmusan, nәdir?
Samoylov Volodyanın kömәyinә gәldi:
– Yox, pomidor suyudur… Ağzımda dağıldı… Dişlәdim
vә… bum, fontan elәdi!
– Görürәm, şüşәnin axırına çıxmısız… neylәmәk olar?..
Mәn gedirәm, uşaqlar. Axşam növbәsinә çağırırlar, kadrarxası
mәtn oxuyacağam. Bax, belә! İndicә maşın gәlәcәk.
Alisa şkafa yaxınlaşıb, alabәzәk koftasını, çantasını gö-
türdü vә pullarını saymağa başladı… Sonra sәrxoş әrinә
uzun-uzadı baxıb, әlini yellәdi:
– Әcәb hәyat mәnzәrәsidir, – qadın Samoylova yaxınlaşıb,
onun başını sığalladı, qәfildәn özünü saxlaya bilmәyib: –
Az içmәk lazımdır, Nasonov. – dedi – Yaxşı, mәn getdim.

Әzişdirmәk lazımdır 135

Kiyev vağzalı. Sonuncu elektrik qatarı. Adda-budda sәr-
nişinlәr gözә dәyir. Vaqonun arxa hissәsindә oturan Samoylov
mürgülәyir.

Ucaboy, sarışın, yaraşıqlı Tatyana gәlib çıxdı. Mövsümi
ködәkcә, qısa әtәk, qara çәkmә geymişdi. Sәrnişinlәrin
olmadığı küncdә әylәşdi.

Nәhayәt, qatarın yola düşmәsi ilә bağlı elan verildi. Son
anda vaqona bir dәstә gәnc daxil oldu: üç oğlan, bir qız.
Qız o vaxtlar dәbdә olan dәri şalvar, metal bәzәklәri olan
dәri gödәkcә geymişdi, әdәbsiz, sırtıq adam tәsiri bağışlayırdı.
Özünü “xippi”yә oxşadan dәstә Tatyananın yanında oturdu.

– Oho, bәxtim gәtirdi, – oğlanlardan biri ucadan sәslәn-
di, – ceyrana bax, ceyrana!
   130   131   132   133   134   135   136   137   138   139   140