Page 134 - "Zəfər və ilğım"
P. 134
– Gözlәrin gözәldi sәnin… – Volodya pәsdәn oxumağa
başladı.

– Dayan, Volodya. Yadındadır, üçüncü kursda Zifa bizә
anket paylamışdı? İlin әn parlaq teatr hadisәsini müәy-
yәnlәşdirmәk üçün. Onda bütün tәlәbәlәr anketlәrdә “Sezuanlı
xeyirxah”ı yazmışdı. Odur ki, gәlin Ustadın sağlığına içәk.
O, indi sәndәn, elә bizim hamımızdan çәtin vәziyyәtdәdir.
Ancaq dözür. Qoy mәnasız vә amansız rus üsyanı var olsun!
Yaşasın Taqanka Teatrının sәhnәsi! “Puqaçov”un şәrәfinә.

– Haqlısan! Ağır vaxtlardır… Yaxşı dedin, dostum, afә-
rin! Hәlә ki, Alisa yoxdur, gәl, içәk. – Volodya içib, pomi-
dordan bir dişlәm aldı. Pomidorun suyu süfrәyә damcıladı.

– Gör süfrәni nә hala saldın, – Samoylov üzünü turşut-
du, – әsgini ver, silim, yoxsa Alisa bizi öldürәcәk.

– Әşşi, getsin işinin dalınca…
– Vova, nә baş verir? Evlәndiyiniz heç bir il deyil, sәn
artıq onu söyürsәn…
– Boş şeydir, hәr şey düzәlәcәk. Ancaq onun tündmәcaz-
lığı, dәqiqәbaşı ağlayıb-sıtqamağı mәni bezdirib… Evә bax-
mır… Gündüz-axşam televiziyadadır, evdә tәk qalıram, ya
134 da o, çәkilişlәrdә olur, mәn teatrda… Kotlet yeyirik, arağı
şәrik alırıq… Pul yox, borc içindә üzürük. Vitya, evlәnmә,
hәlә tezdir, sevdiyinlә belә evlәnmә. Üstәlik, teatrda da rol
vermirlәr. “Dinlәyin” tamaşasında kiçik bir rol veriblәr, o
da danışmır!.. Mayakovskinin obrazıdır… Rejissorun ide-
yasına görә, guya öz harayını içindә boğur…
– Mәncә, haqlı deyilsәn. Özü dә hәmin Mayakovski ob-
razını Smexov fikirlәşib-tapıb, “Dinlәyin” tamaşasını hazır-
layarkәn. Pis tapıntı deyil. Sәn bu rolu yaxşı oynayırsan!
Özün dә bilirsәn ki, mәtnin böyük vә ya kiçik olmasının
mәsәlәyә dәxli yoxdur. Tamaşaçı obrazı bәyәnir, sәnsә bu
obrazı layiqincә canlandıra bilirsәn.
Nasonov yenә özünә araq süzdü.
– Volodya, daha bәsdir, – Samoylov qәdәhi onun әlindәn
almaq istәdi.
   129   130   131   132   133   134   135   136   137   138   139