Page 128 - "Zəfər və ilğım"
P. 128
qabartmağa çalışırsınız. Elә deyilmi, Yekaterina Aleksan-
drovna?

Yeseninin bacılarından biri mızıldanaraq, komissiya
rәhbәrinin sözlәrini tәsdiqlәmәyә başladı, ancaq ikinci bacı
birdәn-birә onun sözünü yarıda kәsdi:

– Nә danışırsan? O, tamaşanı görsәydi, sevincinin hәddi-
hüdudu olmazdı. Onlar sәni qorxudublar, deyiblәr ki, tәqa-
üdünü kәsәcәklәr, odur ki, onların istәdiyi kimi danışırsan!

Hay-küy qopdu. Lübimov yerindәn dik atılıb, qışqırmağa
başladı:

– Hә, demәli, şantajla mәşğul olursunuz, yaşlı insanları
qorxudursunuz? – Kumir qıvraq hәrәktlә qapını taybatay
açdı vә әsib-kükrәdi. – Çıxın mәnim kabinetimdәn, bir da-
ha sizi burada görmәyim.

Hamı qorxmuşdu. Komissiya üzvlәri sәssiz-sәmirsiz ota-
ğı tәrk etdi. Xanımlardan biri rejissorun qulağına pıçıldadı:

128

“Puqaçov” tamaşası. Puqaçov – N.Qubenko, Xlopuşa –
V.Vısotski
   123   124   125   126   127   128   129   130   131   132   133