Page 112 - "Zəfər və ilğım"
P. 112
Lübimovun bir xüsusiyyәti vardı – o, heç vaxt hәyatı
sıfırdan başlamırdı. Peşәkar boksçular kimi bütün raundları
sona çatdırmağa çalışırdı. Xәstәxanada olanda da dünya
hәzlәrini yaddan çıxarmırdı. Semyon Semyonıçın qarşısındakı
stolun üstünә konyak vә bir neçә qәdәh qoyulmuşdu.
Lübimov onu ziyarәt etmәyә gәlәn qonağın üzünә baxıb
soruşdu:
– Konyak içәcәksiniz?
Semyon Semyonıç razılıq әlamәti olaraq, başını tәrpәtdi.
İkisi dә konyak içdi. Bundan sonra Kumir söhbәtinә davam
etdi:
– O gün “Moskviç”i Kuznetski körpüsünә doğru qovur
vә gedә-gedә fikirlәşirdim ki, ya mәni işdәn çıxaracaqlar,
ya da Kosıginin adından nәsә başqa bir qәrar verәcәklәr.
RSFSR Mәdәniyyәt İdarәsi,
1965-ci il
112
Növbәti hadisә, ola bilsin, heç baş vermәmişdi. Görünür,
bu, “uydurulmuş” sәhnәymiş. Bәs, bu, onun nәyinә lazımdı?
Yәqin ki, quruluşçu rejissor vә fantaziyaya meyilli olması,
hәvәs vә ehtiras onu bu uydurmaya sövq etmişdi. Taqanka
aktyorlarının çoxu bunu başa düşür, hәmin mәsәlәyә gü-
nәşdәki lәkә kimi yanaşırdılar – günәş lәkәlәrinin kölgәsi
olmur.
Hәmin gün Yuri Petroviç Mәdәniyyәt İdarәsindәn qayıt-
mışdı. Hava bürkülü olduğu üçün pencәyini çıxardı. Çәhrayı
köynәyinin qoltuqlarının altında tәr lәkәlәri görünürdü.
– Oradan gәlirәm. Müdirlә görüşdüm.
– Nәsә olub? – sәhnәdә mәşq edәn aktyorlar narahat oldu.
Kumir nәfәsini dәrib bir müddәt susdu, sonra hәvәslә
danışmağa başladı: