Page 111 - "Zəfər və ilğım"
P. 111
Paustovski idi. Yuri Petroviç bir dәfә mәşq zamanı evә 111
zәng etdiklәrini xatırladı. Dәstәyi qaldırdı, zәif bir sәs
eşitdi:

– Yuri Petroviç, danışan Konstantin Paustovskidir.
– Salam, Konstantin Georgiyeviç, sәsinizi eşitmәyә
şadam.
– Yuri Petroviç, eşitdim, başınıza iş gәlib…
– Hә, “Ölülәr vә dirilәr” tamaşasını repertuardan çıxarıb-
lar. Qorxuram, özümü dә çıxaralar.
– Yuri Petroviç, bilirsiniz, bu yaxınlarda mәnә dedilәr
ki, sәn demә, Kosıgin dә mәnim pәrәstişkarımdır. Bilirsiniz,
bu gün ona zәng elәdim, ona sizin teatr barәdә dә danışdım,
dedim ki, teatrı bağlamaq, rejissoru işindәn mәhrum elәmәk
olmaz, bununla özünüzә, öz nüfuzunuza zәrbә vurmuş olur-
sunuz. Bilmirәm, bunun faydası olacaqmı, amma o dedi ki,
bu mәsәlәni araşdıracaq, çalışacaq kömәk elәsin. Doğrusu,
bilmirәm, kömәk edәcәklәr, ya yox. Onların işindәn baş
açmaq olmur.
Lübimov hadisәlәrin sonra aşağıdakı şәkildә cәrәyan
etdiyindәn danışırdı .
Bir gün sonra sәhәr tezdәn RSFSR Mәdәniyyәt İdarәsinin
müdiri Lübimovun kabinetinә zәng vurur:
Müdir: – Yuri Petroviç, ciddi söhbәt üçün idarәyә gәlә
bilәrsiniz?
Lübimov: – Nә vaxt gәlim?
Müdir: – Bacardığınız qәdәr tez.
Lübimov: – Nәsә olub?
Müdir: – Yox, yox, narahat olmayın. Sadәcә bәzi şeylәri
dәqiqlәşdirmәk istәrdik.
Lübimov – Yaxşı, gәlәrәm, dәqiqlәşdirәrik.

***
Bu günün hadisәlәrinә, Sklifosofski adına xәstәxananın
palatasına qayıdaq.
   106   107   108   109   110   111   112   113   114   115   116