Page 109 - "Zəfər və ilğım"
P. 109
Çay içirdik. Cürәtimi toplayıb soruşdum:
– Siqaret çәkә bilәrәm?
– Siqaretdә nә tapmısınız? Çay yaxşıdır. Bir qәdәh kon-
yak istәyirsiniz?
– İçәrәm, hә.
– Sizә nә olub, niyә dinib-danışmırsınız? – Mikoyan qә-
fildәn soruşdu.
– “Ölülәr vә dirilәr” tamaşasını bağlayıblar, ona görә
kefsizәm.
– Niyә bağlayıblar, xoşlarına gәlmәyәn nәdir?
– Görünür, şairlәrin soyadları: Koqan, Slutski, Kulçitski,
Samoylov…
– Samoylov da?
– Hә, pyesi birgә hazırlamışıq, bәlkә ona görә, hәm dә,
o, yәhudidir… Bu sәtirlәr yadınızdadır:

Məşum qırxıncı illər, 109
Müharibə, qan-qada,
Ölümlər, qara kağız,
Qatarların fit səsi.

Relslər uğuldayır,
Soyuq, hündür vaqonlar.
Qərbdən şərqə köç edir,
Evi yanmış adamlar…

– Yaxşı şeirdir. Demәli, o, yәhudiymiş, amma nә olsun
axı?

– Görünür, fikirlәşiblәr ki, tamaşanı yәhudilәr hazırlayıb,
bundan inciyiblәr.

– Niyә incisinlәr ki? Düşmәni incidәrlәr.
– Yox, Anastas İvanoviç, dostları da incidirlәr. Әvvәla
adamı incitmәk asandır, ikincisi dә, yәqin, xoşlarına gәlir.
– Qәribә vәziyyәtdir. Sizә nә dedilәr axı?
   104   105   106   107   108   109   110   111   112   113   114