Page 102 - "Zəfər və ilğım"
P. 102
gәlincә, bütün әllamәçiliklәrinә baxmayaraq, onu hәmişә
sevmişәm. Şairlәr – başqa tip insanlardır. Uşaq kimidirlәr, bir
dә görürsәn, dağı dağ üstünә qoyurlar, danlayırsan – şıltaq-
lıq elәyirlәr. – Molotov sözlәrinin başa düşülmәdiyini görüb,
әlavә etdi. – Mәncә, Yeseninlә bağlı Meyerxold da bәzi işlәr
görmәk istәyirdi. Onda alınmadı, amma, ola bilsin, sizdә
alınar. Hәr halda, bu, “Lenin bütün suallara cavab verir”
tamaşasından yaxşıdır. Dünya proletariatının rәhbәrini aşa-
ğılamaq olmaz. İncildә deyilir: “İsa Mәsihin möcüzәlәrinin
şahidi olmuş insanlar dedi: o, doğrudan da, gәlişini göz-
lәdiyimiz peyğәmbәrdir”. Bax, belә bir möcüzә yarada bil-
sәniz, sözüm yoxdur, hәlәlik isә, mәn gözlәmәyә razıyam.
Vaxtından әvvәl bütün sualları cavablandırmağa ehtiyac
yoxdur. Hәyatı qabaqlamaq mümkün deyil! Mәsәlәn, Yuri
Petroviç, teatrda mümkün olmayanları göstәrmәyә sizin
haqqınız çatırmı?

– Vyaçeslav Mixayloviç, teatrda hәr şey elәmәk olar,
yalnız bir şәrtlә: tamaşaçı buna inanmalıdır.

– Mәn elә onu deyirәm dә. Biz kimik, nәyә çalışırıq,
kommunizmdә yaşayacağıq, yoxsa yox – bütün bunları za-

102

A.Kalyaqin “Dünyanı sarsıdan on gün” tamaşasında,
1965-ci il
   97   98   99   100   101   102   103   104   105   106   107