Page 94 - "Zəfər və ilğım"
P. 94
O, bir qәdәr susub, yerindә qurcuxdu:
– Baxarıq.
Lüsya әrinin çiyinlәrindәn tutub, özünә sarı çevirdi:
– Axmaqlıq elәmә, Yurka! Necә olursa-olsun, dediklәri
adamı teatra götür. Sәnә yuxarıların dәstәyi lazımdır, әtrafına
topladığın boşboğazlar vә ştreybrexerlәr1 yox.
– Әl çәk, mәnim başqa yazıçılarım yoxdur – o, gürcü
aksenti ilә cavab verdi.
– Sәn Stalin deyilsәn, әzizim…
– Elәdir, heç Mikoyan da deyilәm... – Kumir istehzayla
dedi.
Lüsya yatağa dirsәklәnib, o biri әliylә әrinin üzünә yağlı
bir şillә ilişdirdi.
Yazımızın bu yerindә qeyd etmәliyik ki, yuxarıda tәsvir
etdiyimiz sәhnәdә yer alanların bәzilәri teatrın Bәdii Şurasının
üzvlәriydi. Bәdii Şura, heç şübhәsiz, teatrın beyni vә teatrla
Rusiyanın intellektual elitası arasında әmәkdaşlığın әn gözәl
nümunәsi idi.
94
Yaxşı xәbәr – әn yaxşı dәrmandır
Ertәsi gün Borisov Turgenevin “Әrәfә” әsәrinin axşam
mәşqlәrinә gәldi vә Nasonovu kәnara çәkdi.
– Volodya, bayaq Yuri Petroviçlә danışdım. Sәni dә teat-
ra götürür. Tәbrik edirәm!
İricüssәli, yöndәmsiz Nasonov gülümsünüb, pıçıltıyla
cavab verdi:
– Sağ olun, Anatoli İvanoviç, bundan yaxşı xәbәr olmaz-
dı! Fikirlәşirdim ki, Viktoru işә götürәcәk, amma mәni bә-
yәnmәyib…
– Bu nә demәkdir! – Borisov onun sözünü kәsdi, – sә-
1 Ştreybrexer – Siyasi tәtil zamanı iştirakdan imtina edәn şәxs. Burada satqın mәnasında
işlәnir.