Page 88 - "Zəfər və ilğım"
P. 88
Qәhqәhәylә gülüşdülәr, şairi alqışlayanlar da oldu.
– Sağ ol, Dezik. Xoş sözә görә yox, tezisә görә. Bu te-
zislә irәli getmәk olar. Mәn qaydaları әsas tutub, Lermon-
tovun yubileyi ilә әlaqәdar “Zәmanәmizin qәhrәmanı” tama-
şasını hazırladım vә nәticә göz önündәdir. Tam uğursuzluq.
Hay-küy vә etiraz sәslәri ucaldı.
– Yura, elә deyil! – tarixçi Loqinov sәsini ucaltdı, – razı
deyilәm, tamaşada uğurlu yerlәr az deyil, tәkcә forma nәyә
desәn dәyәr.
– Hәlә işıq pәrdәsini demirik! – puşkinçi onun sәsinә sәs
verdi.
– Tamaşanın formasında, bәlkә dә, bәzi abırlı şeylәr var, –
ev sahibi sözünә davam etdi, – Zolotuxin Qruşnitski obra-
zını yaxşı oynadı… bәzi ideyalar… işıq pәrdәsi… Ancaq
Peçorin rolunu Qubenkoya vermәk olmazdı. Burada böyük
sәhv elәdim.
– Yox, Yura, – puşkinçi onun sözünü kәsdi, – bu, sәnin
sәhvin deyildi. Qubenko әla artistdir, ancaq bu rolu başqasına
hәvalә etmәk lazım idi. Bu obrazın fakturasına vә cazibәsinә
88 uyğun başqa bir aktyora.
– Razıyam. Ancaq bir mәsәlә dә var – tәlәsmәk olmazdı.
Bax, insanın müti, qul tәfәkkürü – müdiriyyәtә yarınmaq
istәyi nәyә gәtirib çıxarır. Onların israrlı tәlәblәrinә uydum –
tamaşanı Lermontovun yubileyinә hazırlayıb çatdırdım.
Fürsәtdәn istifadә elәyәn tәnqidçilәr başladılar ki, “Sezuanlı
xeyirxah” tamaşası tәsadüfәn yaxşı alınıb, mәn bir daha
belә tamaşa hazırlaya bilmәrәm.
Etiraz sәdaları otağı başına götürdü. Lüsya söhbәtә
qarışdı.
– Dayan, dayan… Yuroçka. İfrata varmaq lazım deyil.
Әvvәla, bu, sәnә yaraşmır, ikincisi dә, sәnin gözәl ideyaların
var… Ağıllı, işini bilәn adamları çağırıb, mәslәhәt istәyir-
sәn. Elә deyil? Elә isә, buyur, fikirlәrini söylә.