Page 22 - Miisir
P. 22
Hökmdar qızla xoş günlәr keçirirdi. Qız hökmdara içkilәr süzür, o da qıza nәva -
ziş göstәrirdi. Qız hökmdara dedi:
– Allahlara and içib de ki: “İstәkli şepsetim nә desә, onun xatirinә әmәl edә -
rәm”.
Hökmdar qızın hәr istәyini yerinә yetirirdi. Qız davam elәdi:
– İcazә ver, bu öküzün ciyәrlәrinin dadına baxım, onsuz da, daha heç nәyә ya -
ra mır.
Hökmdar çox mәyus oldu vә Bataya görә ürәyi ağrıdı.
Sәhәri gün böyük qurbankәsmә mәrasimi elan olundu – öküzü tәntәnә ilә gәtir di -
lәr. Hökmdarın baş qәssabı öküzü qurbanlıq kimi kәsdi.
Öküz adamların çiynindә olanda boynunu tәrpәtdi vә hökmdarın darvazasının
qarşısına qan damcıları düşdü. Qan damcılarının biri böyük firon darvazasının bu
tәrәfinә, biri o tәrәfinә düşdü. Qan damcıları düşәn yerdә bir-birindәn gözәl iki
böyük avokado ağacı göyәrdi. Tez hökmdara xәbәr verdilәr:
– Әlahәzrәt, әsl möcüzәdir, bu gecә sәnin böyük darva za nın yanında iki uca avo -
ka do ağacı bitib.
Bütün mәmlәkәt sevindi. Buna görә qurbanlar kәsildi.
Xeyli vaxt ötәndәn sonra hökmdarın pәncәrәsinin qarşısında cürbәcür naxışlı
gümüşü-mavi rәnglәr görünmәyә başladı. Firon qızıldan düzәldilmiş cәng arabasına
minib, saraydan çıxdı ki, möcüzәli avokado ağaclarına tamaşa elәsin.
Şepset dә fironun arxasınca gәlirdi.
Firon avokado ağaclarından birinin, şepset isә digәrinin altında әylәşdi. Bata
arvadı ilә danışmağa başladı:
22 – Aha, yalançı qadın! Mәn Batayam. Sәnin acığına, hәlә dә sağam. Sәn mәnә
görә sidr ağacını kәsdirtdin. Mәn oküzә çevrildim. Sәnsә fironu mәcbur elәdin ki,
mәni öldürtsün.
Bir neçә gün ötәndәn sonra şepset hökmdara içki süzә-süzә dedi:
– Allahlara and iç ki, şepset nә desә, elәmәyә hazırsan.
Hökmdar and içdi. Qız dedi:
– Әmr elә, hәr iki avokado ağacını kәssinlәr vә onlardan qәşәng mebel düzәlt sin -
lәr.
Hökmdarın şepset arvadı da orada iştirak edirdi. Ağacları kәsәrkәn bir talaşa
uçub şepsetin ağzına düşdü. O, talaşanı uddu vә o dәqiqә ondan hamilә oldu. Qız
nә istәmişdisә, ustalar avokado ağaclarından onu da düzәltdilәr.