Page 26 - Miisir
P. 26

– Dünyanın işini bilmәk olmaz. And içirәm, dara düşәsi olsan, mәn dә sәni bәla -
                  dan qurtararam!
                     Şir bütün bunları cәfәngiyyat saysa da, fikirlәşdi ki: “Doğrudan da, bu, mәni
                  doyurası deyil!” Vә siçanı buraxdı.
                     İş elә gәtirdi ki, vәhşi hevanları tәlә ilә tutan bir ovçu şirin getdiyi yolda quyu
                  qazdı. Şir bu quyuya düşәrәk ovçunun әlinә keçdi. Ovçu onu tora bürüyüb, qupquru
                  qayışla bәrk-bәrk bağladı, üstündәn dә xam dәri ilә sarıdı.
                     Sarınmış şir dağda uzanıqlı halda qalıb fikir çәkirdi. Bu zaman taleyin hökmü ilә
                  siçan onun yanına gәlib dedi:
                       – Mәgәr mәni tanımadın? Mәn hәyat bәxş elәdiyin hәmin o balaca siçanam da!
                  Gәlmişәm әvәzini qaytarım. Sәn insanın әlinә düşmüsәn, amma fikir elәmә, sәni ölüm -
                    dәn qurtaracağam.
                     Siçan qayışı vә xam dәrini gәmirib şiri bәndlәrdәn azad etdi. Sonra şirin yalında
                  gizlәnәrәk onunla birgә dağa yollandı.
                     Dağda yaşayan heyvanların әn zәifi olan balaca siçan vә bütün vәhşi heyvanların
                  әn güclüsü şir haqqında fikirlәş! Taleyin hökmü ilә yaxşılıqla başa çatmış bu möcüzә
                  barәsindә düşün!











         26
   21   22   23   24   25   26   27   28   29   30   31