Page 24 - Miisir
P. 24

Şir vä siçan



                     Dağda güclü bir şir yaşayırdı. O, hәr gün ova çıxırdı. Dağdakı vәhşi heyvanların
                  hamısı ondan qorxurdu.
                     Bir dәfә şir bәbirә rast gәldi. Onun bütün dәrisi didik-didik idi, tüklәri qopub
                  sallanırdı. Çoxlu yaraları vardı, bilmәk olmurdu ki, diridir, ya ölü. Şir ondan xәbәr
                  aldı:
                     – Nә olub sәnә? Kim sәnin dәrini yırtıb, tüklәrini didik-didik elәyib?
                     Bәbir cavab verdi:
                     – İnsan.
                     Şir soruşdu:
                     – İnsan kimdir?
                     Bәbir dedi:
                     – Dünyanın әn fәndgir mәxluqudur. Tale heç nәyi onun әlinә salmasın.
                     Şir insana olan qәzәbini gizlәdib, onu axtarmağa yollandı. Yolda ulaqla ata rast
                  gәldi. Onların burnunda yüyәn, ağzında dәhnә vardı. Şir soruşdu:
                     – Sizi kim belә sarıyıb?
                     Hәr ikisi cavab verdi:
                     – Bizim ağamız, bunu insan elәyib.
                     Şir heyrәtә gәldi:
                     – Mәgәr insan sizdәn güclüdür?
         24          Dedilәr:
                     – O, bizim sahibimizdir. Yer üzündә ondan ağıllısı yoxdur. Çalış әlinә düşmә yә -
                  sәn!
                     Şirin insana qәzәbi lap artdı, ulaqla atdan uzaqlaşandan sonra buynuzları kәsil -
                  miş, burnu deşilmiş, boynuna boyunduruq salınmış öküz vә inәklә rastlaşdı. Şir bunu
                  kimin elәdiyini soruşanda cavab verdilәr ki, bunu insandan başqa, kimsә edә bilmәz.
                     Şir bir az da getdi vә ayı ilә rastlaşdı. Ayının dırnaqları kәsilmiş, dişlәri isә
                  çıxarılmışdı.
                     Şir soruşdu:
                     – Doğrudanmı, insan sәndәn güclüdür?
   19   20   21   22   23   24   25   26   27   28   29