Page 20 - Miisir
P. 20
Fironun mirzәlәrini vә alimlәrini çağırdılar. Onlar saçı görüb dedilәr:
– İndiyәdәk belә saç Ra-Harahtinin qızlarına mәxsus olub, bu saçda hәr allahın
nişanәsi var. Bu әnam sizә başqa mәmlәkәtdәn gәlib. Qasidlәri göndәrin, qoy bütün
mәmlәkәtlәrdә onu axtarsınlar. Sidr vadisinә gedәcәk qasidlә çoxlu adam göndәrmәk
lazımdır ki, onu bura gәtirә bilsinlәr.
Әlahәzrәt hәr tәrәfә qasid yolladı.
Xeyli vaxt ötәndәn sonra qürbәt ölkәlәrә getmiş adamlar geriyә döndülәr, amma
Sidr vadisinә gedәnlәr qayıtmadılar. Onları Bata öldürmüşdü. Tәkcә bir nәfәri sağ
buraxmışdı ki, hökmdara xәbәr aparsın.
Hökmdar yenә çoxlu sayda әsgәr vә cәng arabaları göndәrdi ki, qızı gәtirsinlәr.
On lar la birlikdә cürbәcür zinәt әşyaları ilә bәzәnmiş bir qadın da getmişdi.
Qadın qızla bir yerdә Misirә qayıtdı vә bütün ölkә buna sevindi. Hökmdar qızı
1
çox bәyәndi, onu şepset rütbәsinә kimi yüksәltdi.
Hökmdar onunla әrinin gizlindә qalmasının әsl sәbәbini öyrәnmәk istәyәndә qız
dedi:
– Әmr elә, sidr ağacını kәsib, tikә-tikә doğrasınlar.
Döyüşçülәri sidr ağacını kәsmәyә göndәrdilәr. Onlar çiçәyinin üzәrinә Batanın
ürәyi qoyulmuş ağacı kәsdilәr vә o, hәmin anda ölü kimi yerә sәrildi.
Batanın əvvəlki halına düşməsi
20
Yer üzü nura boyananda vә növbәti gün gәlәndә Batanın böyük qardaşı Anup
evinә daxil oldu, әllәrini yuyub әylәşdi. Ona bir parç içki verdilәr – içki bәrk
köpüklәndi. Ona bir dә şәrabla dolu parç verdilәr, o isә bulanıq oldu.
Anup әlağacını, sәndәlini, paltarını vә silahını götürüb Sidr vadisinә tәrәf üz
qoy du. Kiçik qardaşının qәsrinә daxil oldu vә onu öz yatağında ölmüş vәziyyәtdә
gördü. Xeyli göz yaşı axıtdı. Qardaşının ötәn axşam yatdığı sidr ağacının altına
gedib onun ürәyini axtarmağa başladı. Üç il axtarsa da, tapa bilmәdi. Dördüncü il
1 Şepset – əsilzadə xanım mənasındadır.