Page 18 - Miisir
P. 18
Bata qardaşından ayrılır
Növbәti gün Ra-Harahti şәfәqlәndi vә qardaşlar bir-birini görә bildilәr.
Bata Anupla danışmağa başladı:
– Sәn hәtta nә deyәcәyimә dә qulaq asmadan bir böhtana görә mәni öldürmәkdәn
ötrü dalımca düşmüsәn! Axı mәn sәnin kiçik qardaşınam! Sәn mәnim üçün ata әvәzi
olmusan! Arvadın da mәnә ana әvәzidir! Mәgәr belә deyil? Sәn mәni toxum gәtir -
mә yә göndәrәndә arvadın mәnә dedi ki: “Gedәk bircә saat bir yerdә yatıb, vaxt
keçirәk”. Bax mәsәlә belә olub! Sәnә isә tam әksini deyib!
Bata onunla qardaşı arvadı arasında olanların hamısını danışandan sonra bıçaqla
özünә xәtәr yetirdi. Kiçik qardaş zәiflәyib, yazıq bir hala düşdü. Böyük qardaşın
ürәyi bәrk çırpındı, hönkürtü ilә ağlamağa başladı. Çayda timsahlar qaynaşdığına
görә üzüb Bata tәrәfә keçә dә bilmirdi.
Bata dedi:
– Sәn ancaq pis şey haqqında fikirlәşirsәn, düşünmürsәn ki, mәn sәnin üçün nәlәr
elәmişәm. Çıx get evinә, heyvanlarına da özün bax, daha sәninlә qalmayacağam.
Sidr vadisinә gedәcәyәm. Orada başıma bir iş gәlsә, dadıma çatarsan. Ürәyimi
çıxarıb sidr ağacı çiçәyinin üzәrinә qoyacağam. Ağac kәsilәndә o, yerә düşәcәk.
Onun axtarışına yeddi il vaxt sәrf elәsәn dә, bezmәyәcәksәn. Sәn onu tapıb sәrin
su olan cama qoysan, dirilәrәm vә mәnә pislik etmiş adamdan da intiqamımı alaram.
Әlinә bir parç içki alanda başıma nәlәr gәldiyini bilәcәksәn – içki bәrk köpüklә nә -
cәk sә, yubanmadan kömәyimә çatarsan!
Vә kiçik qardaş Sidr vadisinә, böyük qardaş isә öz evinә yollandı, evә gәlәn kimi
18 arvadını öldürüb, itlәrin qabağına atdı.
Sidr vadisi
Xeyli vaxt keçәndәn sonra kiçik qardaş artıq Sidr vadisindәydi. Onun yanında
heç kim yox idi. Bütün gününü çöldә vәhşi heyvan ovlamaqla keçirir, axşamlar isә
ürәyini çiçәyi üzәrinә qoyduğu sidr ağacının altında yatırdı.
O, öz әllәri ilә Sidr vadisindә özünә hәr şeylә tәmin olunmuş bir qәsr tikdi.
Bir gün qәsrdәn çıxarkәn mәmlәkәtin qayğısına qalmaqdan ötrü gәzib-dolaşan
Enneada allahları ilә qarşılaşdı. Onlar öz aralarında nәsә danışıb Bataya dedilәr: