Page 17 - Miisir
P. 17
– Sәnin kiçik qardaşından başqa, kim ola bilәr? Sәninçün toxum aparmağa gә lәn -
dә gördü tәk oturmuşam. Mәnә dedi ki: “Saçını düzәlt, gedәk bircә saat bir yerdә
yatıb, vaxtımızı keçirәk”. Ona dedim: “Mәn sәnin anan yerindәyәm axı! Böyük qar -
daşın da sәninçün ata әvәzidir!” O qorxub mәni döydü ki, bunu sәnә xәbәr ver -
mәyim. Onu sağ buraxsan, mәn ölәcәyәm. Bax sәnә deyirәm, evә gәlәndә ona qulaq
asma, bu rәzil hәrәkәtinin üstünü açdığıma görә mәnә böhtan atmağa başla ya caq.
Әr hirsindәn şirә döndü. Nizәsini itilәyib әlinә aldı.
Batanın qaçması
Böyük qardaş tövlәnin qapısı dalında dayanmışdı, axşam heyvanları tövlәyә salan
vaxt kiçik qardaşını öldürmәk istәyirdi.
Gün batanda Bata, hәr gün olduğu kimi, cürbәcür çöl otlarından toplayıb geri
qayıtdı. Tövlәyә birinci girәn inәk öz naxırçısına dedi:
– Bax, böyük qardaşın әlindә nizә dayanıb, sәni öldürmәk istәyir.
Tövlәyә başqa bir inәk dә girib hәmin sözlәri tәkrar elәdi. Bata tövlә qapısının
altına baxanda böyük qardaşının ayaqlarını gördü. O, әlindә nizә qapının dalında
dayanmışdı. Kiçik qardaş yükünü yerә atıb qaçmağa üz qoydu. Anup onun dalınca
götürüldü.
Bata Ra-Harahtini çağırdı:
– Mәrhәmәtli ağam, haqqı nahaqdan ayırmağa tәkcә sәnin gücün çatar.
Tanrı Ra elә etdi ki, qardaşların arasında böyük su sahәsi әmәlә gәldi. Burada 17
isә timsahlar qaynaşırdı. Qardaşların hәrәsi bir tәrәfdә qaldı. Böyük qardaş
әllәrini bir-birinә vurub, Batanı öldürә bilmәdiyinә heyifsilәnirdi.
Kiçik qardaş o biri tәrәfdәn Anupu çağırıb dedi:
– Hava işıqlaşana kimi buralarda ol. Günәş şәfәqlәrini yayanda tanrı qarşısında
iki miz dә mühakimә olunacağıq vә o, günahkarı günahsıza tәslim edәcәk. Daha sәn
olan yerdә mәn ola bilmәrәm, Sidr vadisinә çıxıb gedәcәyәm.