Page 21 - Miisir
P. 21
ürәyi dözmәdi, Misirә qayıtmaq istәdi. Son anda fikrindәn döndü: “Sabah yola dü -
şә rәm”.
Sәhәri gün yenә sidr ağacının altına gedib qardaşının ürәyini axtardı. Yenә әliboş
qayıtdı. Axşam qayıdıb, axtarışa davam elәyәndә nәsә toxuma bәnzәyәn bir şey
tapdı. Bu, kiçik qardaşının ürәyi idi. Onu götürüb evә gәtirdi. O, bir qab sәrin su
götürüb ürәyi bu qaba saldı, sonra hәr gün olduğu kimi, oturub onu gözlәdi.
Gecә kiçik qardaşının ürәyi suyu öz canına çәkdi. Batanın bütün bәdәni әsmәyә
başladı. O, gözlәrini böyük qardaşına dikdi, amma ürәyi hәlә qabın içindә idi. Böyük
qardaş Anup kiçik qardaşın ürәyi qoyulmuş sәrin su olan qabı götürdü vә ona içmәyә
verdi. Kiçik qardaşın ürәyi әvvәlki kimi öz yerinә düşdü.
Onlar qucaqlaşdılar. Bata dedi:
– Mәn gözәl tüklәri cürbәcür rәngә çalan nәhәng bir öküzә çevrilәcәyәm. Sәn
mәnim belimә minib, ta Günәş çıxana kimi oturarsan. Sonra biz arvadımın olduğu
yerә gedәcәyik ki, ondan intiqam alım. Mәni fironun hüzuruna apardığına görә sәni
qızıl vә gümüşlә mükafatlandıracaqlar. Mәn orada böyük möcüzәyә çevrilәcәyәm vә
bütün mәmlәkәt buna görә sevinәcәk. Sonra da öz evinә qayıdarsan.
Yer üzü nura qәrq olanda vә sәhәrin gözü açılanda Bata böyük qardaşına dediyi
qiyafәyә düşdü. Anup hava işıqlananda onun belinә mindi. O, Oninin olduğu mәkana
gәl di. Hökmdara onun haqqında mәlumat verdilәr. Hökmdar Bataya baxıb şad oldu.
Onun şәrәfinә qurbanlar kәsdirdi vә belә deyildi ki: “Bu, böyük möcüzәdir”. Bütün
ölkә dә buna sevindi.
Böyük qardaş üçün öküzә qızıl-gümüş yüklәdilәr. O, yenә dә öz kәndindә
yaşamağa başladı. Xeyli adam Bataya baş çәkdi. Firon onu hәddәn artıq sevirdi.
21
Xeyli vaxt ötәndәn sonra bir gün Bata mәtbәxә daxil oldu. Fironun şepsetinә
dedi:
– Bax, mәn hәlә dә sağam!
Qız soruşdu:
– Sәn kimsәn axı?
Bata dedi:
– Mәn Batayam. Sәn sidr ağacını firona ona görә kәsdirdin ki, mәni hәyatdan
mәhrum edәsәn. Amma bax, hәlә dә sağam! Mәn öküzәm!
Qız әrinin dediklәrindәn tәşvişә düşdü. Bata isә mәtbәxdәn çıxdı.