Page 23 - Miisir
P. 23
Bundan xeyli vaxt ötәndәn sonra şepsetin bir oğlu oldu. Gedib hökmdara
xәbәr apardılar:
– Sәnin oğlun oldu.
Uşağı gәtirdilәr. Ona süd anası vә dayә tutdular. Bütün ölkә buna sevindi.
Onlar xoşbәxt günlәr keçirirdilәr. Uşağı böyütmәyә başladılar. Hökmdar
oğlunu hәddәn artıq sevirdi. Onu “Kuş ölkәsinin hökmdar oğlu” mәnsәbinә qәdәr
yüksәltdilәr.
Xeyli vaxtdan sonra hökmdar onu bütün ölkәnin varis şahzadәsi elan elәdi.
Bundan sonra da o, uzun illәr ölkәnin varis şahzadәsi oldu, hökmdar isә
dünyasını dәyişdi.
Vә dedilәr:
– Onu әvәz edәn var!
– Qoy mәnim böyük mәslәhәtçilәrimi hüzuruma çağırsınlar, bütün başıma
gәlәnlәr haqqında onlarla söhbәtlәşә bilim.
Onun hüzuruna arvadını gәtirdilәr. Onların qarşısında mühakimә elәdilәr. İş
onun xeyrinә hәll olundu. Onun yanına böyük qardaşını gәtirdilәr. O, böyük
qardaşını bütün ölkәnin varis şahzadәsi elan elәdi. Özü Misirin otuz il hökmdarı
oldu. O, ölәndә böyük qardaşı ömrünün axırına kimi onun taxt-tacında oturdu.
Bu dünyada hәr şey yaxşı qurtardı. Firon Kaqabunun xәzinә mirzәsi mirzә
Xori, mirzә Meriemope ilә bәrabәrdir. Bu kitabın sahibi mirzә Ennana
hazırlamışdır. Kim bu bu kitabı pislәsә tanrı Tot ona rәqib olacaq.
23