Page 25 - Miisir
P. 25

Ayı cavab verdi:
               – Hә, güclüdür. Bir adam mәnә qulluq edir, yemәk gәtirirdi. Amma bir gün dedi:
           “Dırnaqların hәddәn artıq uzundur, sәnә yemәk götürmәyә mane olur. Dişlәrin isә
           çox korşalıb, rahat yeyә bilmirsәn. İcazә ver, onları çıxardım, әvәzindә sәnә әv -
           vәl kindәn iki qat çox yemәk gәtirim!” Mәn dә razı oldum. Budur, dişlәrimi vә
           dırnaqlarımı götürәndәn sonra gözümә qum ataraq qaçıb getdi. Onu tutub saxlamağa
           heç nәyim qalmamışdı.
               Şir daha da qәzәblәndi. Ayıdan uzaqlaşıb insanı axtarmağa başladı.
               Tezliklә pәncәsi ağac gövdәsinin yarığına sıxılmış başqa bir şiri gördü. Şir qüssәli
           idi, çünki heç yerә qaça bilmirdi.
               Gәlәn şir xәbәr aldı:
                – Sәn bu bәlaya necә düşmüsәn? Sәni bu hala kim salıb?
               O biri şir cavab verdi:
                – İnsan әmәlidi. Ondan özünü gözlә, sözlәrinә inanma. Çox hiylәgәrdir! Çalış,
           heç vaxt әlinә düşmә! Mәn bir insana rast gәldim vә ondan soruşdum ki: “Sәn nә
           sәnәtin sahibisәn?” O dedi: “Mәnim sәnәtim qocalıqdan xәbәr vermәkdir. Elә bir
           tilsim quraram ki, heç vaxt ölmәzsәn. Ağacın gövdәsini mişarlayaram vә sәn o til -
           si mә toxunarsan. Bundan sonra heç vaxt ölmәyәcәksәn!” Mәn onun arxasına düşüb
           bu ağacın yanına gәldim. O, ağacı mişarladı, gövdәsinә paya çalıb dedi: “Pәncәni
           qoy bura!” Mәn dә pәncәmi saldım yarığa. O, payanı vurub çıxardı, ağac da pәncәmi
           sıxdı. İnsan görәndә ki, onun dalınca düşә bilmәyәcәyәm, gözlәrimә qum ataraq qa -
           çıb getdi.
               Gәlәn şir gülüb dedi:
                                                                                                                      25
                – Ey insan, bil ki, әlimә keçsәn, bu dağın vәhşi heyvanlarına elәdiyin bütün haq -
           sızlıqların әvәzini çıxacağam!
               Şir insanı axtarmaq üçün yola düzәldi. Bu zaman pәncәsinin altında arıq vә
           bapbalaca bir siçan qaldı. Şir onu әzmәk istәyәndә siçan yalvarmağa başladı:
                – Әzmә mәni, mәnim ağam! Mәni yemәklә, onsuz da, doymayacaqsan. Amma
           mәnә hәyat bәxş elәsәn, nә vaxtsa әvәzini qaytararam. Mәni öldürüb günaha bat -
           ma, vaxt gәlәr, mәn dә sәni fәlakәtdәn qurtararam.
               Şir siçanın sözlәrinә gülәrәk dedi:
                – Sәn nә edә bilәrsәn axı? Axı bu yerlәrdә heç kim mәnimlә bacarmır ki, mәnә
           yamanlıq elәsin!
   20   21   22   23   24   25   26   27   28   29   30