Page 97 - dailan
P. 97
Dailan Kifki

Onda başa düşdüm ki, onun dәvәtini qәbul
etmәkdәn başqa yolum yoxdur.

Eybi yox, daha bir macәra da yaşayarıq...
Sonra üçümüz bir yerdә camaatın qalan hissәsini
axtarmağa getdik.
Yarıyuxulu olan işıldaquşların zәif işıq saçdığı
qaranlıq meşәdә iki-üç addım atdıq.
O qәdәr yorulmuşduq ki, ayaqlarımız tәrpәnmirdi.
Bu vaxt, sizcә, Dailan Kifki nә etdi?
Heç kim ondan xahiş etmәmiş aşağı әyildi, xortumu
ilә üçümüzü dә qaldırıb başının üstünә qoydu vә iti
addımlarla yerimәyә başladı.
Biz dә yuxulu halda San Lorenso marşını zümzümә
elәmәyә başladıq, amma sәsimiz elә zәif çıxırdı ki,
lap lay-laya bәnzәyirdi.
   92   93   94   95   96   97   98   99   100   101   102