Page 100 - dailan
P. 100
iya Elena Valş

– Yox! – cırtdan cavab verdi. – Gölmәçәdә-filan
çimmәyә getmirik, gedirik mәnim evimdә şokolad
içmәyә, özü dә әdәb-әrkanla, yәni masanın üstündә,
çini fincanlarda.

– İstәmirәm, – Baba dedi. – Fincanlarda şokolad
içmәkdәn bezmişәm, istәyirәm sizin kimi, nәvәm,
Yanğınsöndürәn vә Dailan Kifki kimi şokoladın içindә
üzәm.

– Onda, supisiçe! – cırtdan qәzәblә qışqırdı vә
növbәti dәfә qılıncını çıxardı.

Hәmişәki kimi savaşmağa başladılar. Bu dәfә
Komissar onları fitinin, әsasının vә ağ әlcәklәrinin
kömәyi ilә ayırdı.

Bu dava-şavadan sonra hamımız cәnab Karosonun
evinә yollandıq. Bәxtimizdәn ev uzaqda deyildi.

30
Doğrudan da, ev uzaqda deyildi.
Әvvәlcә on altı dәnә ağac saydıq, balaca çay
keçdik, yerimizdә fırlanıb geriyә döndük, fırlandıq,
dördә qәdәr saydıq, sağa on beş vals addımı atdıq,
sonra da sola on dörd tanqo addımı atdıq vә... evә
çatdıq.
Doğrudan da, ev bir qәsr idi, gerçәk qәsrlәr kimi
böyük idi, lakin mәn öz-özümә fikirlәşdim: “Bu cırtdan
daha mәni aldada bilmәz, әminәm ki, bu qәsr dә karet
kimi bayırdan çox böyük, içәridәn isә balacadır.
Düz bilmişdim, qәsr bayırdan böyük olsa da,
içәridәn balaca imiş. Mәn fikirlәşirdim ki, görәn, bu
qәdәr adam içәri necә yerlәşәcәk, amma o qәdәr
maneә dәf etmişdik ki, bu xırda mәsәlә mәni qorxuda
bilmәzdi.

100
   95   96   97   98   99   100   101   102   103   104   105