Page 99 - dailan
P. 99
Dailan Kifki

O, mәni görәndә salam vermәdәn soruşdu:
– Bәs lәvazimatların?
– Baba, biz mәktәbdә deyilik axı, Qulubu meşә-
sindәyik, burada gölmәçәlәr şokoladdandır vә burada
daim tәnәffüsdür, – cavab verdim.
– Dünyanın hәr tәrәfi bir mәktәbdir! – әsәbi halda
dedi.
Birdәn qәfil mәnә nәzәr saldı vә fikrini cәmlәyib
soruşdu:
– Nә? Necә dedin? Nә şokolad gölmәçәsi? Nә
danışırsan sәn?
– Baba, Qulubu meşәsindә gölmәçәlәr
şokoladdandır.
– Şokoladdan? – paxıllıqdan gözlәri bәrәlmiş halda
soruşdu. – Yәni üzündә, önlüyündә, qulaqlarında vә
saçında olan lәkәlәr hamısı şokoladdır?
– Hә, Baba.
Bunu eşidәn Baba tәzәdәn hamını yuxudan
durğuzmağa başladı ki, aparıb şokolad dәrsi keçsin.
Yavaş-yavaş hamı gözünü açırdı.
Xalam Klodomira, qardaşım Roberto, atam, anam.
Kapitan, Komissar, Sәfirlәr, bәstәboy Katib, yolda
dәstәyә qoşulmuş maraqlılar, dondurmasatanlar, bir
sözlә, hamı.
“Şokolad” sözünü eşidәn kimi hamı gözünü belә
qırpmadan sıraya düzüldü.
Baba yeni ekspedisiyanı yola çıxarmağa
hazırlaşanda birdәn cәnab Karoso dillәndi:
– Xeyir ola, siz hara gedirsiniz belә?
– Necә yәni hara? – Baba cavab verdi. – Nәvәm
mәnә deyir ki, sizin meşәnizdә şokolad göllәri var, ona
görә gedirik o göllәrdә çimmәyә.

99
   94   95   96   97   98   99   100   101   102   103   104