Page 96 - dailan
P. 96
iya Elena Valş

– Bәsdir, Dailan Kifki, mәdәn ağrıyacaq! – ona
qışqırdım.

Lakin o, mәnә fikir vermәdәn şokolad sormaqda
davam elәdi.

Axırda o qәdәr sürәtlә vә çox sordu ki, gölmәçә
tamam qurudu vә biz dә boğulub ölmәk, ya da çox
yeyib partlamaq tәhlükәsindәn qurtulduq.

Qupquru olan gölmәçәnin dibini Dailan Kifki o qәdәr
yaladı ki, saxsı qab kimi parıldadı.

– Supisiçe, – cәnab Karoso dedi. – Gedәk evә, isti
şokolad içmәyә.

– Nә danışırsınız? – tәәccüblә soruşdum. – Sizcә,
biz bundan sonra şokolad içә bilәrik?

– Necә yәni? – cәnab Karoso әsәbindәn qızarıb
soruşdu. – Mәnә qarşı bu әdәbsizliyi necә edә
bilәrsiniz? Mәnim evimdә olub, çini fincanlarda şokolad
içmәdәn Qulubu meşәsini tәrk edә bilmәzsiniz!

– Cәnab Karoso, siz çox alicәnabsınız, amma bizi
dә başa düşün! Neçә gündür Dailan Kifkini tapmaq üçün
evimizdәn çıxmışıq. Mәqsәdimizә çatmışıq vә Qulubu
meşәsindә sәrgәrdan dolaşa bilmәrik axı...

– Siz İngiltәrә Kraliçasının dәvәtini rәdd edәrdiniz?
– gözümün içinә baxıb soruşdu.

– Xeyr, cәnab Karoso, – mızıldadım.
– İran Şahının dәvәtini necә?
– Xeyr, xeyr, cәnab Karoso...
– Keniyanın Baş nazirinin dәvәtini rәdd edәrdiniz?
– Xxxeyr, cәnab Karoso...
– Qar qız vә yeddi cırtdana yox deyәrdiniz?
– Xxxxxxeyr, cәnab Karoso.
– Bәs yaxşı, niyә onda mәnә, niyә yalnız mәnә yox
deyirsiniz, hә? – papağını yerә tullayıb hiddәtlә
soruşdu.

96
   91   92   93   94   95   96   97   98   99   100   101