Page 104 - dailan
P. 104
iya Elena Valş

Nәhayәt, ev yiyәsi qırıq fincanları dәyişsin vә
şokolad hazırlasın deyә öz sirli, gözәgörünmәz qul-
luqçusunu çağırmaq üzrә idi ki, qәflәtәn...

Baş verәnlәri xatırlamaq belә istәmirәm.
Tüklәrim biz-biz dayanır.

31
Çox keçmәmiş, saray titrәmәyә başladı. Döşәmә
yellәnir, tavanın üzlüyü başımıza yağır, zaldan dәhşәtli
sәslәr gәlirdi:
KRİŞ KRAŞ PLUM PLATAPLUF BİM BAM BUM
BRRRR!
– Supisiçe, zәlzәlә! – cәnab Karoso, Baba vә mәn,
üçümüz dә әl-әlә, qorxudan donmuş halda dedik.
Lakin Qulubu meşәsindә zәlzәlә olmağı mәni
tәәccüblәndirirdi, çünki әtrafda nә dağ, nә dә vulkan
yox idi.
Üçümüz dә gözümüzü yumub, qulaqlarımızı
tutmuşduq vә әmin idik ki, Dailan Kifki topla oy-
nayanda sarayın bir tәrәfini uçurub.
– Әminәm ki, bu, filin işidir! – cәnab Karoso nәriltili
sәslә deyindi.
– Gәlin tәlәsmәyәk! – cavab verdim.
– Bu fili ömürlük mәktәbdә dustaq elәmәk lazımdır!
– Baba dillәndi.
– Mәn әminәm ki, onun günahı yoxdur, – yazıq
Dailan Kifkini müdafiә elәdim.
– Necә yәni? – cırtdan әsәbdәn qızarmış halda
dedi. – Topumdan mәrc edәrәm ki, bu, o idi.
– Mәrci qәbul edirәm, – sakitcә cavab verdim.
– Supisiçe, – cәnab Karoso dedi. – Әgәr Dailan
Kifki günahsız olsa, top da, çarpayısı da sәnindir.
– Yaxşı.

104
   99   100   101   102   103   104   105   106   107   108   109