Page 107 - dailan
P. 107
Dailan Kifki

– Tәhqiqatımızı davam etdirәk. Әvvәlcә bilmәliyik
ki, qәza harada baş verib vә maddi ziyan nәdәn
ibarәtdir.

– Mәncә, guppultu zaldan gәlirdi, buradakı bütün
fincanlar salamatdır, – dedim.

– Onda gedәk zala, – Baba qәlyanı ilә yolu göstәrib
tәmkinlә dedi.

Üçümüz dә әl-әlә verib zala getdik.
Zal artıq yerindә yox idi.
Çilik-çilik olmuş müxtәlif rәngli şüşәlәrin
qırıntılarından savayı bir şey görmәdik. Topun şüşә
çarpayısının izi-tozu da qalmamışdı. Kaleydoskop kimi
hәrәkәt edәn gözәl pәncәrәlәr elә bil heç yox imiş.
Üçümüz dә başımızı aşağı salıb, sakitcә gözümüzü
ayaqqabılarımızın ucuna zillәdik.
Gözümdәn çıxan yaş yerә döşәnmiş şüşә
qırıntılarının üzәrinә düşdü.
Cәnab Karoso papağı әlindә, başını aşağı salıb
dayanmışdı.
Onun kәdәrinin ağırlığını çox yaxşı tәsәvvür edә
bilirdim, ona görә, az da olsa, tәsәlli vermәk üçün
başını sığalladım.
Sarayın zalı çox gözәl idi, әlbәttә ki, bütün
dünyada tәk idi.
– Bunu kim elәdi? Mәnim gözәl zalımı kim dağıtdı,
kim? – o hönkürüb ağlayırdı.
– Cәnab, – Baba әlini onun çiyninә qoyub dedi. –
Bu, Qulubu tarixinin әn böyük sirlәrindәn biridir,
amma biz mәnim qәlyanım, lupam vә qeyri-adi in-
tellektimin kömәyi ilә bu sirrin üstünü açacağıq.
Baba gün-gündәn daha tәvazökar olurdu.
Qolf şalvarının arxa cibindәn bir dәftәrçә çıxarıb
yazdı:
YOXA ÇIXMIŞ ZAL İŞİ.
– İlk növbәdә, evin әtrafında olan adamları sorğu-
sual etmәliyik, – Baba dәftәrçәsini cibinә qoyub dedi.

107
   102   103   104   105   106   107   108   109   110   111   112