Page 112 - dailan
P. 112
iya Elena Valş

– Tam әmin olmaq üçün bunu praktikada da
yoxlayacağıq.

Sonra Dailan Kifkinin bir ayağını torpaqda tapdığı
deşiklәrin birinin üzәrinә qoydu.

– Düz 47 santimetr 15 millimetr böyük gәlir,
demәli, bu izlәr onun deyil, – dedi.

Mәn rahatlayıb dәrindәn nәfәs aldım.
Yerdәki izlәr sistemli şәkildә paylanmış dairәvi
deşiklәr idi.
“Ayaqqabı izi ola bilmәz, – fikirlәşdim, – samokat
da deyil, heç toyuq ayaqlarının izi dә deyil”.
– Çox qәribә izlәrdir, – Babaya dedim. – Mәn
deyәrdim ki, bu, hansısa birayaqlı heyvanın izlәridir.
– Boş-boş danışma! – dedi. – Sәn birayaqlı heyvan
görmüsәn ki?
– Qoy fikirlәşim... – barmağımı alnıma qoyub
fikirlәşmәyә başladım. – İlbizin ayaqları yoxdur,
milçәkdә bir neçә dәnә var, amma niyә yerisin ki, uça
bilir dә... stolun qılçaları olur, o da heyvan deyil...
– Tapdım! – Baba sözümü kәsdi. – Haqlısan,
cinayәtkarın bir vә ya bir neçә ayağı ola bilәr, amma
heyvan olmağı vacib deyil!
– Yalnız bircә ayaq... – bu qәdәr fikirlәşmәkdәn
başım ağrıyırdı.
– Tapdım, Baba! – birdәn sevincimdәn qışqırdım. –
Çәtir!
– Elәdir ki var! – Baba gözündә yaş mәni qucaqladı.
– Bu izlәr çәtir izlәridir, bilirdim!
– Axı, Baba, – onu sakitlәşdirmәyә çalışdım. –
Yәqin, düşünmürsünüz ki, adi bir çәtir bu boyda
zәlzәlәyә sәbәb ola bilәr.
– Niyә dә yox? – Baba sirli bir hava ilә dedi.
Sonra bizimlә gәlәnlәrin, camaatın, qonşuların, bir
sözlә, hamının sakitcә mate içdiklәri yerә tәrәf
getmәyә başladı.

112
   107   108   109   110   111   112   113   114   115   116   117