Page 113 - dailan
P. 113
Dailan Kifki

Baba yolun yarısında dayandı, dәftәrçәsini çıxarıb
yazdı:

QATİL ÇӘTİR İŞİ.

34
Baba bir daşın üstünә çıxdı, zınqırovunu çaldı, bir
neçә dәfә bәrkdәn çağırıb, nәhayәt, camaatı
sakitlәşdirә bildi vә dedi:
– Şagirdlәr!
– Burdayıq... – hamı qorxudan dәrhal hay verdi.
– Uzun tәhqiqatdan sonra lupam vә qәlyanım
sayәsindә öyrәnә bildim ki, bu faciәnin әsas
günahkarı, yaxud iştirakçısı birayaqlıdır vә müәyyәn
etdim ki, bu, çәtirdir, – Baba dedi.
İzdihamın içindәn tәәccüb pıçıltısı eşidildi.
– Burada olanlardan xahiş edirәm ki, çәtiri olan
kim varsa, irәli çıxsın, – Baba dedi.
Ardınca iri gözlәrini әtrafda gәzdirib, günahkar
çәtir sahibinin qabağa çıxmağını gözlәdi.
Lakin kimsә yerindәn tәrpәnmәdi.
– Sonuncu xәbәrdarlıq! – Baba sәrt şәkildә dedi. –
O çәtirә sәslәnirәm, ölü, ya diri, quru, ya yaş, dәrhal
qabağa çıxsın!
Bu vaxt çığırtılı bir etiraz sәsi eşidildi:

113
   108   109   110   111   112   113   114   115   116   117   118