Page 115 - dailan
P. 115
Dailan Kifki

tәkrar-tәkrar ölçür, әlindә lupa ilә baxır vә ölçülәrini
tapdığı izlәrlә müqayisә edirdi.

Bir az sonra xalam Klodomira özünә gәldi, lakin
Baba: "Bәyan edirәm ki, bu çәtir ya müqәssir, ya da
әn әsas şübhәlidir”, – deyәn kimi yenә dә özündәn
getdi.

Camaat xalam Klodomiraya çәp-çәp baxıb dedi:
– Oooooooo!
Mәn Babaya yaxınlaşıb soruşdum:
– Baba, sәn harada görmüsәn ki, çәtir özbaşına
yerisin vә hәtta bu boyda bir zalı uçura bilsin, hә?
– Elә iş ondadır ki, çәtir özbaşına getmәyib,
xalanın әlindә olub, – Baba bәrkdәn dillәndi.
– Ola bilmәz, – dedim. – Xalamın nә marağı var ki,
cәnab Karosonun zalını uçursun?
– Onu sorğu-sual edәcәyik, – Baba dedi.
Dәrhal da xalam Klodomiranı dindirmәyә getdi.
Onun qәtiyyәtlә yaxınlaşdığını görәn xalam geri
çәkilә-çәkilә dedi:
– Mәn deyildim, mәn deyildim, mәn deyildim...
Lakin çox keçmәmiş, vicdan әzabına dözә bilmәyib
hәr şeyi etiraf etdi.
Mәn Babanın göstәrişi әsasında xalamın etirafının
stenoqrafiyasını yazdım.
Xalamın etirafı o qәdәr vacibdir ki, ayrıca bir
bölmәni ona hәsr elәmәk lazımdır.
Bu etirafı oxuyanda sizlәr bütün gerçәklәri hәqiqi
günahkarın öz dilindәn eşidәcәksiniz.
Mәn etirafın bircә nöqtә-vergülünü dә dәyişmә-
mişәm, lakin ola bilәr ki, arada bir neçә söz çatmasın,
çünki qeydlәr aparanda bir dәnә sәrçә kağızımı
dimdiklәyirdi. Yazılarım stenoqrafiya işarәlәri ilә olsa
da, bәzi sözlәrin sәrçәnin xoşuna gәldiyini hiss elәdim.

115
   110   111   112   113   114   115   116   117   118   119   120