Page 114 - dailan
P. 114
iya Elena Valş

– Nә işiniz var yazıq, müdafiәsiz çәtirlә? Hamı bilir
ki, yeganә günahkar elә başımızın bәlası olan fildir!

Bu böhtanı eşidib bәrk hirslәndim, Dailan Kifki isә
mәndәn dә çox әsәbilәşdi: sanki xalam Klodomiranı
yemәyә hazırlaşırmış kimi qulaqlarını vә xortumunu
açdı.

Ona görә ki bu ittihamı sәslәndirib, çәtiri ilә fili
işarә edәn elә xalam idi.

Xalam dәrhal Baba ilә mübahisә elәmәyә başladı.
Bu vaxt oradakı qalan adamlar müxtәlif şәrhlәr verir,
mәrc qoşurdular.

Elә qarma-qarışıqlıq yarandı ki, xalamın
axtardığımız әşyanı – çәtiri, heç yatanda da özündәn
ayırmadığı o mәşhur çәtirini әlindә fırladığını kimsә
görmәdi.

Dava-dalaşın ortasında Babam qәflәtәn bunun
fәrqinә vardı vә qışqırdı:

– Axı hadisәnin әsl günahkarı olan çәtiriniz hamının
gözü qabağında, öz әlinizdә ola-ola, siz bu yazıq,
mәsum fili hansı haqla günahlandırırsınız?!

– Nә? Necә?.. Nә danışırsınız?.. – xalam әlindәki
çәtirә gözlәri bәrәlmiş halda baxa-baxa kәkәlәyirdi.
Qızğın mübahisә vaxtı xalam özü dә çәtirin әlindә
olduğunu unutmuşdu.

– Mәnim yazıq çәtirim heç vaxt heç kәsi
incitmәyib, siz ona nә etmәk istәyirsiniz? – nәhayәt,
xalam hönkürtü ilә ağladı.

– Onun izlәrinin dәftәrçәmdә qeyd elәdiyim izlәrlә
üst-üstә düşüb-düşmәdiyini yoxlamaq istәyirәm, –
Baba çәtiri xalamın әlindәn dartıb alaraq dedi.

Xalamın da dәrhal özündәn getdiyini demәyә, yәqin
ki, ehtiyac yoxdur.

Sәfirlәr xalamı yıxıldığı iri dibçәyin içindәn
çıxarmağa çalışdıqları vaxt Baba çәtirin ucluğunu

114
   109   110   111   112   113   114   115   116   117   118   119