Page 111 - dailan
P. 111
Dailan Kifki

Lupası ilә tәkrar-tәkrar baxdı. Gördüyünü qarışqa,
tarakan vә qurdla müqayisә elәdi. Xәtkeş vә kompas
çıxarıb, gördüyü şeyi diqqәtlә ölçdü, dәftәrçәsinә
qeyd elәdi vә gәlib qulağıma dedi:

– Deyәsәn, artıq tapmışam.
– Günahkarı, Baba?
– Aha.
– Dailan Kifki deyilmi?
– Bunu dәrhal dәqiqlәşdirәcәyik, – sakitcә dedi. –
Diametri bir santimetr olan ayaq izi tapmışam. İndi
baxmaq lazımdır ki, Dailan Kifkinin ayağı hansı
ölçüdәdir. Әgәr eyni ölçüdürsә, demәk, şübhәsiz, gü-
nahkar odur: tapdığım izdәn neçә dәnәsi var.
– Baba, mәncә, Dailan Kifkinin ayaqları daha iridir.
– Bunu mәnim xәtkeşim vә kompasımla yoxlamaq
lazımdır. Dәrhal müqәssiri yanıma gәtir.
Şorbasını içib qurtarmış Dailan Kifkini bir
qulağından tutub xәfiyyәnin yanına gәtirdim.
– Әla, – Baba dedi. – Subyektin ayaq izlәrinin
xronoloji, numizmatik vә peripatetik tәhlilini başa
vurub, әrazidә aşkar edilmiş izlәrlә simptomatik
müqayisәsini aparaq.
Baba demәk istәyirdi ki, palçıq üzәrindә tapdığı
izlәrin Dailan Kifkinin ayağına uyğun olub-olmadığını
yoxlayacaq.
Dәftәrçәsini çıxarıb ölçünü bir daha yoxladı: bir
santimetr.
Sonra xәtkeş vә kompası götürdü, Dailan Kifkinin
bir ayağını bir yerdә qaldırdıq vә Baba onun pәncәsini
diqqәtlә ölçdü.
– 48 santimetr 15 millimetr, – Baba dedi vә
dәftәrçәsinә qeyd elәdi.
– Görürsünüz? İzlәr ona aid deyil, – dedim.

111
   106   107   108   109   110   111   112   113   114   115   116