Page 106 - dailan
P. 106
iya Elena Valş

Sizcә, cırtdan kürәyini yerә verdi?
Yox.
Qәzanın harada baş verdiyinә baxmaq üçün
yerindәn dә tәrpәnmәdi. Mәni dә gedib baxmağa
qoymadı. Tәkid edir, donquldanır vә ayağını yerә
döyәclәyib lupalı, qәlyanlı xәfiyyә tәlәb edirdi.
Bu vaxt arxamızdan kinayәli gülüş sәsi eşitdik...
Tәsәvvür edirsiniz kim idi?
Tәsәvvür edin!

32
Arxamıza döndük vә ağzımız açıq qaldı. Baba özünü
gerçәk xәfiyyәyә bәnzәtmişdi. Papaqlı, dama-dama
plaşlı, qәlyanlı, lupalı xәfiyyә.
– Mәn hәyatım boyu ixtisaslı bir xәfiyyә olmuşam,
– Baba qәlyanını paltarının qolu ilә tәmizlәyib lovğa-
lovğa dedi.
– Çox şadam, – cәnab Karoso cavab verdi vә әlini
ona uzatdı.
Elә oradaca Babanın bu tәhqiqatı aparmasına
razılaşdı vә mırıldadı:
– Bütün şübhәlәr müttәhim Dailan Kifkiyә işarә
edir!
– Tәlәsmәyin! – Baba tәmkinlә cavab verdi. – Gü-
nahkar topun özü dә ola bilәr.
– Xeyr! Top bağçada özü üçün sakitcә oynayırdı.
– O topu mәnә verin görüm! – Baba qәlyanını
dişlәrinin arasında oynadıb tәkidlә dedi.
Pәncәrәdәn boylanıb Dailan Kifkidәn topu istәdim,
fil dә etiraz etmәdәn onu mәnә uzatdı.
Baba lupası ilә topun hәr tәrәfini yoxlayıb dedi:
– Gözlәyәk, polis gәlib bu topu şübhәli qismindә
aparsın.
– Bax buna yol vermәrәm! – cırtdan mırıldadı.
Lakin Baba tәmkinlә onun sözünü kәsib dedi:

106
   101   102   103   104   105   106   107   108   109   110   111