Page 105 - dailan
P. 105
Dailan Kifki

Mәn pәncәrәdәn boylanıb gördüm ki, Dailan Kifki
sakitcә qolf oynayır. Xortumu ilә topu itәlәyib qarışqa
yuvasına salmağa çalışır.

– Gәlin baxın! – cәnab Karosoya dedim.
Onu qucağıma alıb qaldırdım ki, baxıb görsün.
– Yaxşı, bәs onda bu gurultu nә idi? – cәnab Karoso
soruşdu.
– Bilmirәm, amma Dailan Kifkinin günahsız olduğu
aşkardır, ona görә mәrci mәn udmuş sayılıram.
– Bir dәqiqә, – mәrc elәdiyinә görә artıq peşman
olmuş cәnab Karoso dedi. – Gәrәk bu mәsәlәni bir
xәfiyyә araşdırsın. Bu qәzanı, hәqiqәtәn, Dailan
Kifkinin törәtmәdiyindәn әmin olana qәdәr topu götürә
bilmәzsәn.
– Cәnab Karoso, axı әvvәlcә bilmәliyik ki, bu qәza
dediyimiz nәdәn ibarәtdir. Gurultu eşitdik, amma nә
baş verdiyini bilmәk üçün heç yerimizdәn
tәrpәnmәmişik, – әsәbi halda dedim.
– Nә baş verdiyini yaxşıca öyrәnmәk üçün bizә
xәfiyyә lazımdır, әsl xәfiyyә, optik lupalı, qәlyanlı
xәfiyyә, – cırtdan hәmişәki kimi inadkarlıq etdi.
– Axı öz gözümüzlә baxıb görә bilәriksә, onda
xәfiyyә nәyә lazımdır? Cәnab Minuxin, sәs yaxından
gәlirdi, qәza, deyәsәn, evin içәrisindә baş verib.
   100   101   102   103   104   105   106   107   108   109   110