Page 108 - dailan
P. 108
iya Elena Valş

– Baba, hamını dindirib qurtara bilmәrik! 800.000
adam var!

– Müqәssir onlardan biridir, – Baba trubkasından
çәkib dedi.

Bağçaya çıxdıq. Bizimlә gәlәnlәrin hamısı orada,
ağacların altında vә yoncaların üzәrindә oturmuşdu.

Hәr kәsin üzündә guya fikirli vә mәsum bir ifadә
var idi vә bu, mәnә şübhәli gәldi.

Baba camaatın önündә bir kötüyün üstünә çıxıb,
tәmkinli vә gur sәslә dedi:

– Bu sarayda bir fәlakәt baş verib...
– Nә fәlakәt? – bixәbәr kimi bir ağızdan
soruşdular. Halbuki çilik-çilik olmuş şüşәli zal
gözlәrinin qabağında idi.
– Cinayәtkar әllәr cәnab Karosonun zalını uçurub,
– Baba dedi.
– Uy daaa, doğrudan e... – guya indi görürmüş kimi
yenә bir ağızdan dedilәr.
– Kimin elәdiyini görmәmişik, – sәfirlәrdәn biri dedi
vә mәnә elә gәldi ki, o, utanmaz yalançının biridir.
– Gurultunu da eşitmәdiniz? – Baba soruşdu.
– Xeyr... – Komissar dedi. – Hamımız samba oxu-
yurduq...
– Sizdәn artıq dәrәcәdә xahiş edirәm, tәhqiqatda
mәnә yardımçı olun ki, günahsız bir adamı mühakimә
edib әdalәtsizliyә yol vermәyәk, – Baba dedi.
– Әlbәttә, әlbәttә, sizin sәrәncamınızdayıq... –
hamı bir ağızdan dillәndi.
– Xahiş edirәm, bir az kәnara çәkilib qәza yerindәn
aralı dayanasınız, lupamla yerdәki izlәri yoxla-
yacağam, – Baba dedi.
Hamı sakitcә geri çәkildi vә Baba dizlәrini yerә
qoyub ingilis lupası ilә yerdәki izlәri yoxlamağa başladı.
Cәnab Karoso yanımda önlüyümlә gözlәrini
ovuşdurub ağlayırdı.

108
   103   104   105   106   107   108   109   110   111   112   113