Page 118 - dailan
P. 118
iya Elena Valş

bildi. Lakin isti şokoladın iyini hiss edәn kimi mәn dә
içәri boylanmaq istәdim, amma lap azacıq. Elә alındı
ki, zalın qapısından içәri girmәyә çalışanda qapı çox
ensiz olduğu üçün ilişib qaldım, nә girә bildim, nә dә
çıxa bildim. Әlbәttә, mәn bilirәm ki, bir az gonbulam,
demәk olar ki, bu fil boyda, yaxud iplә bir-birinә
bağlanmış dörd dәnә poçt qutusu boyda olaram.
Әlqәrәz, çәtirimi qapıya dayayıb, tәrpәnmәk üçün bir
az güc verdim vә... şaraq, şuruq, daram, durum!
Bütün zal qapısı, hәr rәngdә şüşәsi olan aynabәndlә
birlikdә yerә aşdı... Lakin sizi әmin edirәm ki, mәnim
yazıq çәtirim günahsızdır! O heç şokolad da içmәk
istәmirdi! Hәr şeyi etiraf elәdim, cәnab xәfiyyә, mәni
hәbs edin vә...

(Ardınca xalamın göz yaşları elә gur axdı ki,
etirafının geridә qalanını yuyub apardı, bağçanı da su
basdı.)

36
– Ona nә cәza verәk? – cırtdan Karoso soruşdu.
– Qoyun fikirlәşim, – Baba barmağını alnına dirәyib
dedi.
Heç kim xalama nә cәza vermәk lazım olduğunu
bilmirdi.
Birdәn cәnab Karosonun ağlına dahi bir fikir gәldi:
– Sarayın zalını yenidәn tiksin!
– Mәn bәnna deyilәm axı, zalı necә tikә bilәrәm...
– xalam Klodomira sәbirsiz halda etiraz edirdi.
– Eybi yox, qoy zalı ağacdan düzәltsin, – cәnab
Karoso tәkid etdi.
– Axı mәn dülgәr dә deyilәm... – xalam hıçqıra-
hıçqıra dedi.
– Onda dәridәn düzәlt, – Karoso yenә tәkid elәdi.
– Axı mәn sәrrac da deyilәm... – xalam dedi.

118
   113   114   115   116   117   118   119   120   121   122   123