Page 121 - dailan
P. 121
Dailan Kifki

Bunu deyib, әlindәki xırda konfetlәri yenicә
ağardılmış divarların üstünә çilәdi.

Nәhayәt, xalam Klodomira yorulub әldәn düşmüş
vәziyyәtdә önlüyü ilә alnını sildi vә sәmimi tәbәssümlә
tamaşaçıların alqışlarını qәbul etdi.

Yenidәn zalına qovuşmuş cәnab Karoso xalamı
öpmәk üçün xahiş etdi ki, onu qucağıma alıb qaldırım.

Belәcә, Yoxa Çıxmış Zal vә Qatil Çәtir mәsәlәlәri
hamı üçün xoşbәxt sonluqla başa çatdı.

Mәn dә cәnab Karosonun topunu mәrcdә uddum,
çünki Dailan Kifki günahkar deyildi.

Ha-ha-ha!

37
Bir az sonra gülüşümü kәsmәli oldum. Gördüm ki,
cәnab Karoso yatağan topunu tәzәdәn zala qoymaq
üçün sakitcә aradan çıxır.
– Bircә dәqiqә, cәnab Karoso! – ona sәslәndim.
– Nә olub? – guya heç nә başa düşmürmüş kimi
soruşdu.
– Tәәssüflә deyim ki, o top artıq sizin deyil,
mәnimdir.
– Supisiçe, – mәnә cavab verdi, – o top düz 185
ildir ki, mәnimdir.
– Xeyr, cәnab, cırtdan olduğunuza görә yaddaşınız
da çox kiçikdir, amma yadınıza salın ki, siz mәnimlә
bu topdan mәrc etmişdiniz vә mәn o mәrci udmuşam.
– Mәn? – guya tәәccüblәnmiş kimi soruşdu. – Mәn
öz qәşәng topumu mәrcә qoymuşam? Mәn? Düz
eşitdim?
Bu vaxt mәn onu qucağıma alıb yuxarı qaldırdım,
bakenbardlarının üzәrindәn saçını kәnara çәkdim vә
qulağına qışqırdım.

121
   116   117   118   119   120   121   122   123   124   125   126