Page 124 - dailan
P. 124
iya Elena Valş

Dizlәrimi qucaqlayıb gözlәrini vә bakenbardlarını
önlüyümә sildi. Kefini açmaq üçün boynunun dalını
qıdıqladım.

O, bir az sakitlәşәndәn sonra yola düzәldik.
Dailan Kifki dәstәyә başçılıq edir, mәn dә bәrkdәn
xoruldayan yatağan topu qucaqlayıb onun arxasınca
gedirdim.
Bizim dalımızca ailәm, Yanğınsöndürәn, Kapitan,
sәfirlәr, bәstәboy Katib, Bәlәdiyyә Rәisi vә tanıdığınız
digәr şәxslәr, bir az da arxada qonşular, maraqdan
bizә qoşulmuş adamlar, dondurmasatanlar, keşiş
xidmәtçilәri vә iki quyruqlu it gәlirdi.
Gecә düşmәk üzrә idi vә mәnim ağlıma taleyüklü
bir sual gәldi: Qulubu meşәsi çox böyükdür, biz hara
gedirik belә?
Babaya yaxınlaşıb gizlicә soruşdum:
– Baba, biz hara gedirik?
– Necә yәni hara gedirik, İtuzainqo stansiyasına,
– cavab verdi.
– Hә, onu bilirәm, deyirәm yәni siz cәnab Karoso-
dan soruşdunuz ki, stansiya hansı tәrәfdәdir?
– Yox, elә bilirdim ki, sәn yolu tanıyırsan, – Baba
cavab verdi.
– Yox, mәnim, ümumiyyәtlә, xәbәrim yoxdur, –
mәyus halda dedim.
– Narahat olma, cibimdә kompasım var.
– Yaxşı, stansiyanın şimalda, cәnubda, şәrqdә, ya
qәrbdә olduğunu bilmiriksә, kompas işimizә yarayacaq?
– soruşdum.
Qardaşım Roberto söhbәti eşitdi vә dedi:
– Batdıq.
Baba dәstәni dayandırdı vә bildirdi ki, cәnab
Karosonun yanına qasid göndәrmәk lazımdır ki, yolu
bizә izah elәsin.

124
   119   120   121   122   123   124   125   126   127   128   129