Page 128 - dailan
P. 128
iya Elena Valş

Birinci dәfә idi ki, Dailan Kifki qatara minirdi vә
ona görә dә bir az ürkәk davranırdı.

Nәhayәt, minә bildik vә bәxtimizdәn qatar, demәk
olar, boş idi.

Lakin filin vaqona mindiyini görәn bir qadın başını
pәncәrәdәn çölә çıxarıb dәli kimi qışqırdı:

– Kömәk ediiiiiiiin!
– Şşş, – hamımız bir ağızdan pıçıldadıq.
– Ay xanım, siz birinci dәfәdir ki, heyvan
görürsünüz?
– Qatara heyvanla minmәk qadağandır, – qadın
әvvәlkindәn dә bәrk qışqırdı.
– Axı bu, çox mehriban heyvandır, – dedim. – Әgәr
mәn qatara şirlә, panterlә, yaxud siçovulla girmәk
istәsәydim, yenә çığır-bağırın yeri vardı...
– Fәrqi yoxdur, qadağandır! – cavab verdi. –
Qәzetdә oxumamısınız ki, küçәyә heyvanlarla çıxmaq
olmaz, quduzlaşa bilәrlәr?
– Xanım, xahiş edirәm, axı Dailan Kifki it deyil, o,
necә quduzlaşa bilәr?
– Ya onu buradan çıxarın, ya da polis çağıracağam.
Bu vaxt konduktor gәlib çıxdı.
– Burda nә baş verir? – soruşdu.
– Heç, heç nә... – Dailan Kifkini arxamda
gizlәtmәyә çalışaraq dedim.
Bu vaxt qadın barmağı ilә mәni göstәrib qışqırdı:
– Bu qız qatarda heyvanla getmәk istәyir.
Dailan Kifki arxamda әyilib büzüşmüşdü, çalışırdı
görünmәsin.
– Baxım görüm? – konduktor dedi.
“İndi hamımızı qatardan düşürәcәklәr” fikirlәşib
qorxumdan әsirdim ki, birdәn...

128
   123   124   125   126   127   128   129   130   131   132   133