Page 133 - dailan
P. 133
Dailan Kifki

O, bunu eşidәn kimi oyandı, әsnәdi vә biz
kömәklәşib onu yerinә oturtduq. Bu müddәtdә atam
dәsmalı vә qalstuku ilә qadının ağzını yumulu saxlaya
bilmişdi.

Bayaqdan konduktorla söhbәt edәn müfәttiş mәnә
yaxınlaşıb dedi:

– Xanım qız, istisna hal olaraq topunuzu özünüzlә
götürmәyә icazә veririk, amma fili qatarda aparmağa
icazә verә bilmәrik. Tәәssüf edirәm, amma qanunun
tәlәbi belәdir.

Belәcә, artıq yerlәşib oturmuş vә pәncәrә
kәnarındakı yerlәr üçün dalaşıb qurtarmış dәstә
üzvlәrinin hamısı bir nәfәr kimi Dailan Kifkini itәlәyә-
itәlәyә qatardan düşmәli oldu.

Gecәyarısı İtuzainqo stansiyasının perronunu
doldurduq.

41
Mәn insanları başa düşmürәm. Hamı öyrәşib ki, av-
tobusda, qatarda, metroda adamlar bir-birini itәlәsin,
üst-başını, saçını dağıtsın. Heç kim dә buna görә
şikayәtlәnmir. Lakin itәlәyәnin fil olduğunu görәn kimi
gәl gör necә hay-küy salırlar.
İndi dә bu qadın bizi qatardan düşürdü, özü isә
rahat-rahat yoluna davam etdi, biz dә qaldıq
İtuzainqo stansiyasında, ac-acına, yuxumuz tökülür,
soyuqdan da donuruq.
Tәsәvvür etmәzsiniz, Dailan Kifki gedәn qatarın
arxasınca necә qәmli-qәmli baxırdı. O dәqiqә
ağlamağa başladı. Әlbәttә ki, çox keçmәmiş İtuzainqo
poçt idarәsinin rәisi gәldi. Sәn demә, gecәyә kimi
oturub işlәmiş, bütün markaları yerinә yapışdırıbmış.
Filin gurultulu ağlamağı da binanı necә silkәlәyibsә,

133
   128   129   130   131   132   133   134   135   136   137   138