Page 132 - dailan
P. 132
iya Elena Valş

Yersiz sәs-küy idi, ona görә ki Dailan Kifkinin
bütün bәdәni deyil, yalnız başı qadının üzәrinә
düşmüşdü.

Әlbәttә, qulaqları vә xortumu ilә bir yerdә onun
başı neçә kilo edir, amma yenә o qәdәr qışqırmağa
dәymәzdi.

Mәn Dailan Kifkinin başını qadının yubkasının
üzәrindәn qaldırmağa çalışdım. Bir xeyli güc sәrf
etdim. Roberto, konduktor, sәfirlәr, xalam Klodomira
– hamı mәnә kömәk elәdi.

İnandırıcı deyil, amma birlikdә belә, Dailan Kifkinin
başını yuxarı qaldıra bilmәdik. Sanki başı qadının
dizlәrinә yapışmışdı.

Bu vaxt müfәttiş әlindә biletdeşәn maşınını oy-
nada-oynada gәldi.

– Burda nә baş verir?
– Heç nә... heç nә... cәnab müfәttiş! – hamımız
bir ağızdan dedik. Bәdәnimizlә qәzanı gizlәtmәyә
çalışdıq, atam da qadının ağzını tutmuşdu.
Hamımız birlikdә güc verib Dailan Kifkinin başını
qaldırmağa çalışırdıq.
Xeyri yox idi.
Hop, hop, hop!
Heç nә.
Başı qadının dizlәrinә yapışmış vәziyyәtdә qalmışdı.
Onu silkәlәdik, qıdıqladıq, qulaqlarına çırtma vur-
duq, faydası olmadı.
Bilirsiniz nә olmuşdu?
Dailan Kifki yuxuya getmişdi. Onu dәrin yuxu
aparmışdı.
– Bir az sәbir etmәli olacaqsınız, xanım, çünki
yazığı bәrk yuxu aparıb, – davakar qadına dedim.
Sonra Dailan Kifkinin bir qulağını qaldırıb dedim:
– Yulaf şorbası içәcәyik.

132
   127   128   129   130   131   132   133   134   135   136   137