Page 136 - dailan
P. 136
iya Elena Valş

Sözünü bitirә bilmәyib yenә ağlamağa, hıçqırmağa
başladı.

Bacardığım qәdәr onu sakitlәşdirmәyә çalışdım,
amma başa düşdüm: ona görә bu qәdәr ağlayır ki,
yazığım gәlsin, topunu qaytarım.

– Cәnab Karoso, topunuz qәfәsdәdir, buyurun
götürün, amma bilin ki, kimsә nәyisә verib, sonra
tәzәdәn geri alsa, burnuna şiş çıxar.

Qәfәsi elә qucaqladı, sanki topunu heç vaxt
mәrcdә mәnә uduzmamışdı.

Ağlamağı dәrhal kәsdi, yuxusu qaçdı vә özünü çox
xoşbәxt hiss elәdi. Topuna bir qәdәr baxdıqdan sonra
üzünü çevirib bizә baxmağa başladı.

– Yaxşı, siz hәlә dә burdasınız? Bu stansiyada nә
edirsiniz? – soruşdu.

Baş verәnlәri ona danışdıq.
– Aha, yaxşı, indi nә edәcәksiniz?
– Siz gәlәndә elә bunu fikirlәşirdik, – dedim.
– Onda gәrәk mәn dә fikirlәşim?
– Әgәr sizә çәtin deyilsә, – dedim.
– Yaxşı, mәn dә fikirlәşәrәm, hәrçәnd dәhşәt
yuxum gәlir.
Cәnab Karoso qaşlarını çatdı, barmağını alnına
qoydu vә üç addım atıb, fikirlәşәn adamların sırasına
keçdi.
Xeyli vaxt hamımız karusel kimi fırlana-fırlana
sakitcә fikirlәşdik vә birdәn cәnab Karoso sıradan
çıxıb dedi:
– Vәssalam, ağlıma gәldi.
– Nә gәldi, nә gәldi? – hamımız maraqla soruşduq.
Cәnab Karosonun әtrafına toplaşdıq, o dedi:
– Dailan Kifki fil olduğuna görә qatarla gedә bilmir,
düzdür?
– Düzdür.

136
   131   132   133   134   135   136   137   138   139   140   141