Page 135 - dailan
P. 135
Dailan Kifki

– Bәs özün niyә onunla bir yerdә inәklәrin vaqo-
nunda getmirsәn?

– Xala, çünki mәn inәk deyilәm!
Belәcә, bir müddәt mübahisә elәdik.
Xoşbәxtlikdәn, oradan yük qatarı-filan keçmәdi.
Mübahisә qurtardıqdan sonra fikirlәşmәyә qәrar
verdik. Hamımız barmağımızı alnımıza qoyub, sıra ilә
perronda gәzmәyә başladıq. Sıramız karuseli
xatırladırdı.
Sakitcә dövrә vura-vura dayanmadan düşünürdük
ki, birdәn... sizcә, kim peyda oldu?
Tәsәvvür edin!
Tәsәvvür etdiniz?

42
Cәnab Karoso Minuxin!
– Cәnab Karoso, siz burada nә edirsiniz? Elә
bilirdik ki, bu vaxt yuxuda olarsınız.
– Hә, yatırdım, – cavab verdi.
Pencәyinin düymәsini açdı, altında pamazı parçadan
köynәk var idi. Papağını çıxardı, altında qotazlı toxun-
ma papaq var idi. Corabını çıxardı, altında başqa yun
corab göründü.
– Yatırdım, amma qәfildәn... Bahhh!
Bunu deyib, dәli kimi ağlamağa başladı.
(Sizi yormamaq üçün ofisinin vә markalarının yenә
silkәlәndiyinә görә poçt rәisinin әsәbdәn qızarmış
halda necә gәlmәsi haqda danışmıram.)
– Sizә nә olub, cәnab Karoso? – soruşdum.
– Mәni göyә qaldırın, deyim, – әrköyün tәrzdә
cavab verdi.
Onu qucağıma alıb bir az gәzdirdim ki, hıçqırığı
dayansın. Az sonra dillәndi:
– Yatırdım, yuxuda topumu gördüm... elә darıxdım
ki, gәldim görüm siz... hәlә... supisiçe...

135
   130   131   132   133   134   135   136   137   138   139   140