Page 127 - dailan
P. 127
Dailan Kifki

Lakin xeyr.
Hәr tәrәfdә açıq-aydın yazılmışdı: Dominqo
Faustino Sarmiento20 dәmiryol xәtti, Argentina
Respublikası.
Sizi yormamaq üçün Babamın görkәmli dövlәt xadi-
minin adını görәn kimi papağını çıxarıb hamımıza
Sarmiento himnini oxutmağa çalışmasından
danışmıram. Oxumadıq.
Ona görә yox ki, Sarmiento bizim xoşumuza
gәlmir, әksinә, onu çox sevirik. Sadәcә oxumağa
halımız yox idi.
Baba tәkbaşına himni bir neçә dәfә oxudu.
Hamı şirniyyat vitrininin qabağına toplaşdı: nәyә dә
olmasa, şirniyyat yemәyә halımız qalmışdı. Bir
dәqiqәnin içindә vitrini boşaltdılar.
Bu mәqamda Yanğınsöndürәnin gözәl bir jestini dә
qeyd etmәliyәm.
Vitrinә tәrәf getdi vә az sonra geri qayıdıb mәnә
yaxınlaşdı, yaraşıqlı qızılı dәbilqәsini çıxardı,
nәzakәtlә tәzim elәdi vә mәnә bir paket portağallı
konfet verdi.
Bu vaxt yanımda olan anam qulağıma dedi:
– Bu Yanğınsöndürәn necә dә alicәnabdır, evә
qayıdan kimi onunla evlәnmәlisәn.
Bu vaxt qatar gәldi.
Baba sıraya düzülmәyi әmr etdi. Mәn lap qabağa
keçdim, yenә aradan çıxmasın deyә Dailan Kifkini dә
qulağından tutub özümlә çәkdim.
Yapon qatarı dayandı, qapılar açıldı vә mәn filimә
dedim:
– Gedәk, әzizim, qalx, yavaşca әvvәlcә bir ayağını,
sonra o birini...

20 Argentina prezidenti və yazıçısı Dominqo Faustino Sarmientonun
şərəfinə adlandırılmışdır. Ölkənin dəmiryol şəbəkəsinin altı əsas dəmiryol
xəttindən biridir (tərc.).

127
   122   123   124   125   126   127   128   129   130   131   132