Page 125 - dailan
P. 125
Dailan Kifki

Bu vaxt qardaşım dillәndi vә hәmişәki kimi “batdıq”
demәk әvәzinә:

– Ağlıma bir fikir gәlib, – dedi.
Düz deyirmiş, doğrudan da, bir fikri var imiş.
– Aramızda qaranlıqda yolu ayırd edә bilәn bircә
nәfәr var, o da Dailan Kifkidir, – dedi.
– Sәn dәli olmusan, – dedim.
– Bu uzunluqda xortumu olan heç vaxt yolunu
azmaz, – qardaşım tәkid etdi.
Mәn öz-özümә fikirlәşdim ki, bir mәsәlәnin o
birinә, yәni xortumun yol tanımağa bir dәxli yoxdur,
amma bir söz demәdim.
Birlikdә evkalipt ağacının altında yuxulayan Dailan
Kifkinin yanına getdik.
– Dailan, stansiya hansı tәrәfdәdir? – ağzımı
qulağına tutub soruşdum.
Cavab gәlmәdi.
Sualı 16 dәfә verdim, ondan sәs çıxmadı. Heç
“muu” da elәmәdi.
– Dailan Kifkiyә sualı belә vermәzlәr, – Roberto
dedi.
– Bәs necә verәrlәr? Afrikan dilindә?
– Mәn bilirәm necә, – Roberto dedi.
Sonra Dailan Kifkinin sol qulağına yaxınlaşıb
qışqırdı:
– Dailan Kifki, İtuzainqo stansiyasında 17 çәllәk
südlü yulaf şorbası var.
Bunu eşidәn Dailan Kifki dәli kimi yerindәn sıçrayıb
yola düzәldi. Hamı zorla çatdırıb onun arxasına düşә
bildi. Tәlәskәnlikdәn biri papağını itirdi, biri
ayaqqabısını itirdi, digәri dombalaq aşdı, o birisinin
pariki әyildi.

125
   120   121   122   123   124   125   126   127   128   129   130